Romantik görüş üçün necə ətir seçim?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 853
Səs ver:
(səs: 0)
Romantik görüşə hazırlaşırsan və istəyirsən ki, bütün gözəlliyini vurğulayasan? Saçın, geyimin, makiyajın yerindədirsə, bircə ətir çatışmır. Bəs romantik görüşə necə ətir seçməliyik? Bunun üçün sənə romantik görüşdə hansı notlu ətirlərdən istifadə etsən sevgilinin qəlbini fəth edərsən, bu haqda yazırıq.

Vanil
Vanil bütün şirniyyatsevərlərə məlum qoxudur. Bu notu bütün ətirlərin tərkibində ayırd etmək asandır. Vanil qoxusu xatirələrdə fərqli duyğular oyada bilir. O iştahanı aça, sakitləşdirə, hətta yaxşı yuxu da gətirə bilir. Vanil afrodiziak olduğu üçün sən sevgilinin qəlbini fəth edə bilərsən.

Müşk
Cazibədarlığı artırmaq məsləsində isti, zəngin qoxuya malik müşk əsla uğursuz seçim deyil. Müasir ətirlərin tərkibində ona sintetik halda rast gəlmək olur. Amma buna baxmayaraq, o öz təsirini itirmir. Ətriyyatçılar məhz müşkün cinsi istəyə sövq edən qoxuya malik olduğunu iddia edirlər.

İstiot
İstiot notunda daxili həyəcanı oyandıran təzə və canlandırıcı bir səs var, o bütün hisləri kəskinləşdirir, hətta xoşbəxtlik də bəxş edir. Əgər hislərini birüzə verməkdən çəkinirsənsə, o zaman istiot notlu ətir istifadə etməyi unutma.

Lavanda
Lavanda tamamilə zərərsiz, skaitləşdirən incə bir səsdir sanki. Ta qədimdən lavandadan cəlbedici qoxu kimi istifadə ediblər. Elə götürək gözəlliyilə dillərə dastan olan Misir kraliçası Kleopatranı. O, lavanda vasitəsilə Yuli Sezar və Mark Avreli aldatmağa çalışıb. O vaxtdan min il keçsə də, elm adamları lavandanın cinsi istəyi artırdığını təsdiq ediblər. Və lavandanın bu funksiyası qadınlardan çox, kişilərə təsir edir. Hətta sən bişirdiyin keksin içərisinə bir neçə damcı lavanda yağı əlavə etsən, sevdiyin kişinin qəlbinə gedən yolu mədəsilə fəth etmiş olarsan.

Səndəl
Səndəlin isti, ağac qoxusu var. O bir az kəskin qoxuya malik olduğu üçün, keçmişdə daha çox kişi ətirlərinin tərkibində istifadə olunurdu. Ətir dünyası genişləndikcə və qadınların konseptual ətirlərə marağı artdıqca, səndəl ağacının odunsu notu qadın ətirlərinin kompozisiyasını da tamamladı. Bu not özgüvəni artırmaqla görüşdə səni daha inamlı, istəkli göstərəcək.

Yasəmən
Yasəmən zərif, diqqət çəkməyən qoxu kimi görünsə də, əslində o həmişə ən dərin hisləri “dilə gətirir”. Bir çox qədim xalqların tarixində yasəmən “sevgi gülü”, hətta afrodiziak kimi də dəyərləndirilib. Buna görə də, o cinsi hisləri oyadan, həm fiziki, həm də zehni olaraq insanı ram edən qoxu kimi bilinir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 853
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri