Doğru ya yalan: Ətirlər haqqında miflər və reallıqlar

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 826
Səs ver:
(səs: 0)
Ətirlər haqqında həmişə mütləq bilməli olduğumuz doğrular olur. Bəzən bu doğrular da əslində yalan ola bilir. Elə bu bloq yazımızda doğrulardan, doğru bildiyimiz yalanlardan, ətirlər haqqında söylənilən miflərdən və reallıqlardan yazırıq.

Keyfiyyətli ətir mütləq qalıcıdır!
Qalıcılığın ətrin keyfiyyətilə əlaqəsi yoxdur. O sadəcə fiziki öhdəlikdir. Hər bir tərkib müxtəlif dərəcədə buxarlanan maddələrdən ibarətdir. Və ya ətriyyatçı xoşbəxtlik bəxş edən bir ətir yaradırsa, onu hazırlayərkən daha çox dəyişkən maddələrdən istifadə edirsə, o ətir tez buxarlanacaq. Və bu o demək deyil ki, ətir keyfiyyətsizdir.

Bir çox notlar var ki, onlar ətirlərin tərkibində istifadə olunduqda o daha qalıcı olur. Məsələn, ənbər, müşk, ağac notlar ətirlərin tərkibində olanda ətrin qalıcılığı daha çox olur. Bu zaman da ətrin yüngüllüyü itirilir.

Əgər qalıcı ətirlər istəsəniz şərq notlarında, parlaq ağac, odun, müşk vurğulu ətirlərə üstünlük verin. Sitrus, yüngül çiçək və meyvə qoxulu ətirlər qalıcılıq baxımdan zəif ətirlər təqdim edir.

Odekolon – kişilər üçün, ətir – qadınlar üçündür!
Odekolon və ətir fərqli konsentrasiyalardır, bu baxımdan onlar heç bir gender yükü daşımır.

Hamam otağında ətir saxlamaq olmaz: temperatur düşməsindən molekullar məhv olur!
Həqiqətən də hamam otağında ətir saxlamaq olmaz. Ətri quru, ərin və işıqdan qorunan yerdə saxlamaq lazımdır. Bu şərtə əməl etdikdən sonra əmin ola bilərsiniz ki, ətriniz gec xarab olacaq, qoxusunun dəyişmə ehtimalı isə sıfıra bərabərdir.

Əgər siz ətrinizi hiss etmirsinizsə, bu sizin ətrinizdir!
Əslində bu mübahisəli məsələdir. Əgər qoxunu duymursunuzsa, deməli, qoxu reseptorlarınız “doyub” və qoxular sizin üçün arxa plandadır, onlar sizə mane olmur. Bu mövzuda ətrin sizin ətriniz olmasından əlavə, məhz qeyd etdiyimiz bu fikir də mövcuddur.

Daha bahalı ətir daha çox keyfiyyət deməkdir!
Heç bir halda müzakirə mövzusu deyil. Çünki ətrin qiyməti əsasən qablaşdırma və reklam kampaniyasına bağlıdır. Əlbəttə ki, kompozisiyanın özü də xərc tələb edir, amma bu xərc elə də çox olmur.

Təbii inqredientlər kimyəvi tərkibdən daha yaxşıdır!
Bugün istənilən praktik ətrin tərkibində təbii və sintetik məhsullar olur. 100% demək olmur ki, bu ətrin tərkibi təbiidir ya da sintetik əlavəlidir.

Sarışınlara yüngül, qarabuğdayılara isə nisbətən ağır tərkibli ətir uyğundur!
Xarici görünüş, bürc, boy, çəki və bu kimi fiziki xarakterlər heç bir halda ətir seçimində rol oynamır. İnsanlar müxtəlif zövqə malikdir və onlar fərqli qoxuları sevirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri