Ətir qarderobu nədir və onu necə yığmalıyıq?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 067
Səs ver:
(səs: 0)
Əfsanəvi Coco Chanel zamanında söyləmişdi: “Ətir – geyimin özüdür”. Hər bir geyimin də öz məqsədi, geyinliyi yer, gün var. Təbii ki, teatra idman geyimində, valideynlərlə görüşə ziyafət geyimində getmək düzgün çıxmaz. Ətirlər də belədir! Müasir parfumeriya həm kişilərə, həm də, qadınlara uyğun ətir qarderobu yaratmaq imkanını verir. Belə olduqda, geyimi seçdiyiniz zaman yerinə görə də obrazınıza uyğun ətri də rahatlıqla seçmiş olacaqsınız. Bu bloq yazımızda sizə ətir qarderobu nədir, necə olmalıdır, neçə ətir olmalıdır – bütün bunlar haqqında ətraflı yazırıq.

“Ətir qarderobu” ifadəsi ətir dünyasına bir neçə ildir ki, gəlib. Ətir qarderobu – hər birinin müəyyən məqsədi olan ətir dəstidir. Belə bir ətir kolleksiyasının əsas məqdəsi həyatınızın müxtəlif hadisələri üçün xüsusi qoxular seçməyinizə kömək etməsi, hər dəqiqədə özünüzə əminliyinizi qoruması və sizi yadda qalan etməsidir. Ətriyyatçılar, məşhur ətir stilistləri hətta məsləhət görürlər ki, hər bir insanın “ətir pijaması” olmalıdır. Vaxtilə ətir pijaması təkrarolunmaz Merlin Monroda olub və o, heç vaxt öz Chanel No5-indın bir damcı yatağına vurmamış yatmazmış.

Ətir qarderobunda nə qədər ətir olmalıdır?
Bu kolleksiyada ətirlərin maksimum sayı yoxdur. Amma ən az nə qədər ətir olmalıdırsa, buna əməl etmək lazımdır. Qarderobunuzda iş, səyahət və romantik görüş üçün nəzərdə tutulan minimum üç ətir olmalıdır. Bu hardasa kapsul qarderobla da müqayisə oluna bilər. Yəni, müasir qadınlar bu kapsul ətir qarderobu sayəsində işlərini xeyli asanlaşdırmış olurlar. Əksəriyyət qadınlar isə həyatlarının müxtəlif zamanları üçün minimum 5 ətirdən 8 ətrə qədər parfum müəyyənləşdirirlər. Lavanda sizin üçün müasir qadının işini asanlaşdırmaq üçün ətir qarderobuna hansı 5 ətri əlavə etməlidir və hansı məqsədlər üçün bu ətirlər istifadə oluna bilərsə, araşdırmışıq.

İş üçün ətir
Ofisdə ya da ki, işgüzar görüşdə çox şirin, ədviyyatlı ətirlər çox ağırdır. Yəqin ki, siz də istəmirsiniz həmkarlarınızın yaddaşında “pis qoxulu” biri kimi qalasınız ya da ki, ətrinizə görə başlayacağınız yeni iş bərbad sonluqla bitsin? Ofis və işgüzar görüşlər üçün yüngül, neytral qoxulu ətirlər mükəmməl seçimdir. İdeal variant kimi siz qarderobunuza neytral və freş qoxuya sahib L’Eau par Kenzo tualet suyunu əlavə edə bilərsiniz. Yox, əgər siz özünüzü iş geyimində belə şahzadə kimi hiss edirsinizsə o zaman Nina Ricci-dən Premier Jour ətrini əlavə edə bilərsiniz.

Aktiv istirahət üçün ətir
Hətta siz səhərlər parkda qaçışa belə çıxmısınıza, deməli, sizdən mütləq qəşəng ətir qoxusunun şelyfi hiss olunmalıdır. Digər tərəfdən də, ətir sizə enerji və yaxşı əhval bəxş edər. Bu baxımdan sizə ətir qarderobunuza əlavə etmək üçün berqamot, yaşıl çay və parlaq sitrus meyvələrin kokteyli effektini verən Sergio Tacchini O-zone Woman ətrini məsləhət görürük.

Tətil üçün ətir
Tətil, gəzinti üçün qadınlar özləri üçün gündəlik istifadə edə biləcəkləri ətri seçirlər. Bu cür zamanlar üçün ağır, tünd, ürək bulandıran ətirlər seçilməməlidir. Daha freş, parlaq, tətil ab-havasında, əhval qaldıran notlara köklənməlidir. Bu yöndə sizə məsləhətimiz Chanel-dən Chance Eau Fraiche ətri olacaq. Qalıcı və xoş şleyfə malik ətir həddən artıq yüngüldür, istənilən hava üçün ideal seçimdir.

Romantik görüş üçün ətir
Əgər görüşə gedirsinizsə, mütləqdir ki, o görüşə bütün qadınlığınızı vurğulayacaq ətir istifadə edərək gedəsiniz. Bunun üçün çox vaxt qızlara tövsiyələr qarşı cinsin ağlını başından həmişəlik alacaq hissiyyatlı qoxulara üstünlük verməkdən yana olur. Bu məsələdə artıq bir klassikaya çevrilən Christian Dior-dan Miss Dior, Lanvin Kiss-dən Marry Me! ətirlərini ətir qarderobunuza mütləq əlavə etməlisiniz. Hər iki ətir yüngül çiçək, meyvə qoxusu ilə kişilərin qəlbini fəth etməyə yetərlidir.

Gecə həyatı üçün ətir
Belə əyləncəli gecələr üçün ətir seçərkən sizi kütlədən ayıracaq, individuallığınızı vurğulayacaq, parlaq və orijinal ətirlərə üstünlük verməlisiniz. Bunun üçün sizə şərq, şirin, ədviyyat və qurmanik kompozisiyalı ətirlər daha uyğundur. Gecə əyləncələri üçün ətir qarderobunuza Yves Saint Laurent-dən Opium, Christian Dior-dan Poison, Girogio Armani-dən Si ətirlərini əlavə etməyinizi tövsiyə edirik. Qalıcılığı, unudulmaz şelyfilə bu ətirlər gecə boyu sizi diqqətdə saxlayayacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri