Güclü cins üçün ətir seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 113
Səs ver:
(səs: 0)
Kişilərin zövqünü oxşamaq bir çətin məsələdir. Xüsusilə də, ətir mövzusunda. Əgər sevdiyiniz kişiyə ətir hədiyyə edəcəksinizsə çalışın o ətir tək sizin yox, həm də onun qoxu reseptorlarını fəth etsin. Bunun üçün sizə bəzi məsləhətlərimiz var.

Niyə bu?
Orta statistikaya əsasən, kişilərin çoxu sadəlikdən yanadırlar. Onlar ətir dükanındakı məsləhətçiyə rəflərdəki ən yeni, zövqlü və reallığa uyğun ətri onlara məsləhət görməyini təklif edir. Və hansı ətir məsləhət görülürsə onu alıb, çıxırlar. Buna görə də, siz də əks cinsə ətir seçdikdə bu xüsusiyyəti nəzərə alın. Orta statistikaya aid olan kişilər üçün “niyə bu?” sualı elə də maraqlı olmur.

Keçmişi xatırlayın – Özünüzün yox, onun keçmişini
Bəzi ətir notları var ki, hətta kişilər də bizim kimi, keçmişlərini xatırlayır, nostalji hislər yaşaya bilirlər. Əgər siz bilsəniz ki, o keçmişində ən çox yaddaşına nə həkk olunub və nə üçün darıxır, siz ona həmin şeyi hədiyyə edərək, ona bir neçə dəqiqəlik də olsa xoş anlar bəxş edə bilərsiniz. Keçmişi xatırladan, daha çox 80-90-ların ətirləri internet mağazalardan və yenilənmiş versiyalarını tapmaq olar.

İşinizi asanlaşdırın
Kişi ətirləri daha çox konservativdir və qadın ətirləri kimi, çoxçeşidli deyil, buna görə də, onlar bir neçə qrupa ayrılır. Siz də, sevdiyiniz kişiyə ətir seçərkən onun hansı qrupdan olan ətirdən istifadə etdiyini xatırlayın və ona test etmədiyi yeni bir şey alın. Məhz bu ətir qrupları sizə ona ətir seçməkdə kömək edəcək:

Sitrus ətirləri: limondan qreypfruta qədər bütün sitrus notlarını aid etmək olar. Bu cür notlu ətirlər həmişə dəbdədir!

Su və ozon notlu ətirlər: dəniz, fırtına, təzə qarpız. Hamısı birlikdə unikal qoxu əmələ gətirir.

Ağac notlu, odunsu ətirlər: bu cür notlarda olan ətirləri istifadə etmək asandır, adətən, ağac notlu ətirlərə ədviyyat və Şərq aroması əlavə edildikdə daha da zövqoxşayan olur.

Şərq notlu ətirlər: təxminən qadın ətirlərini xatırladır – bir az tünd və şirin amma daha kobud dildə desək, bu cür kişi ətirləri sanki hansısa sultanın hərəmxanasını xatırladır.

Şipr qoxular: 70-80-ci illərə aparan ətirlərdir, sanki atasının qoxusu ilə oxşarlıq təşkil edir.

Dəri notlu ətirlər: ayaqqabı, tüstü qoxusu verir. Orijinal ətirlər hesab edilir.

Xarakter və vərdişlərinə bələd ol!
Ətir seçərkən onun xarakterini bilmək vacibdir. Əgər kişi daxilən rahatlığa düşkün biri deyilsə, həmişə mübahisə etməyi sevirsə, bütün doğrulara qarşıdırsa, onun hislərinə reklamı olmayan, məşhur, niş markalardan ətirlər yaxşı təsir edə bilər. Yox, əgər, ətir hədiyyə edəcəyiniz kişi müasir olmasına baxmayaraq daxilində kobud, nisbətən köhnə fikirlidirsə, ona Dior Homme ya da ki, Chanel Allure kimi ətirləri hədiyyə etmək daha yaxşı seçim olar. Homofob olan bəylərə isə ətir alarkən diqqətli olmaq lazımdır, belə ki, onlara uniseks ətirlər hədiyyə etmək düzgün olmaz. Əvəzində isə, onlara daha çox kişi, brutal, çiçək notları, zərifliyi olmayan ətirlər alın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri