Zəncəfili tanımayan yəqin ki, yoxdur?! Məişətdə geniş istifadə etdiyimiz bu bitki min bir dərdə dərman olmaqla yanaşı, həm də qoxu zövqümüzün də formalaşmasında rol oynayır. Belə ki, bu dəfə ətir notlarından yeri ekzotikliyi, tropikliyilə seçilən zəncəfilə vermişik.
Zəncəfil zəncəfilkimilər ailəsinə daxil olan tropik bitkidir. Vətəni Şimal-Şərqi Asia, Çin və Qərbi Hindistandır. Afrikada, Şimali Amerikada, Malayziyada, Karib ölkələrində, Nepal və Yaponiyada insanlar min illərdir zəncəfilə qarşı fərqli sevgi nümayiş etdirirlər.
Zəncəfil ailəsində 1000-dən çox ədviyyat var. Ətriyyatda isə daha çox məşhur olanı zəncəfildir. Zəncəfildən estetik gözəllik sahəsində, tibbdə, mətbəxdə istifadə olunur. Zəncəfil çiçəyi böyük olur, qırmızı və ya çəhrayı rəngli çiçəklərində landşaft dizaynında geniş istifadə olunur.
Təzə, qurudulmuş və üyüdülmüş zəncəfil kökü min illərdir məişətdə öz sözünü deməyi bacarır. Bəs ətriyyatda zəncəfilin xarakteri necə möhkəmlənib? Qoxusu çox kəskindir, freşdir, istidir, ekzotikdir, bir azca istiotludur. Ətirlərin tərkibində tropik ekzotik bitki jasmin, nerol, lavanda, nanə, qızılgül, berqamot, reyhan, paçuli, limonla dostluq edir. Zəncəfildən müasir ətriyyatda ilk dəfə Chanel Bois des lles, Tea for Two by L’Artisan Parfumeur və Brit Red ətirlərində istifadə olunub.
Qeyd edək ki, 2018-in ətir notları trendində zəncəfil daha çox kişi ətirlərinin tərkibində özünü parlaq şəkildə vurğulayacaq.