Düzgün ətir seçimini necə edə bilərik?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 090
Səs ver:
(səs: 0)
Hər qadın üçün işlətdiyi ətirin bir növ imzası olduğunu düşünsək, bədənimizə və xarakterimizə uyğun seçim edə bilmək vacibdir. Stil sahibi olmaq sadəcə geyimlə və aksessuarlarla, edilən makiyajla, ya da yaraşan bir saç modeli ilə bitmir. Ətir də bir qadının stilini tamamlayan mühüm amillərdən biridir. Ətirinin xoş qoxusu və təsirediciliyi ilə xatırlanmaq bir qadının özünə inamını yüksəldir. Seçəcəyiniz ətirin dərinizə uyğunlaşması və xarakterinizə uyğun olması üçün bir az əmək xərcləməyiniz lazımdır. Bir başqasında çox xoşunuza gələn qoxu özünüzdə xoşunuza gəlməyə bilər. Sizə təklif edilən bir ətir yerinə sizi tamamlayacaq, özünüzü yaxşı hiss etməyinizi təmin edəcək qoxulara üstünlük verməyiniz doğru ətiri seçimi edə bilməyiniz adına çox əhəmiyyətlidir.

Bəs, özümüz üçün doğru olan və təsirli bir ətir seçmək üçün nələrə diqqət etməliyik?
Ətir seçərkən diqqət etməyiniz lazım olan detallar:Ətrinizi dəyişdirəcək, ya da ilk dəfə ətir alacaqsınızsa ətir almağa gedərkən üzərinizdə başqa bir qoxu olmamasına, dərinizin mütləq təmiz olmasına diqqət yetirin.

Ətir seçərkən ətirin dərinizə, şəxsiyyətinizə, stilinizı uyğun olmasına diqqət göstərin.Ətriniz sizi əks etdirməlidir.

Ətiri sınaqdan keçirərkən qolunuzun iç hissəsinə bir, ya da iki dəfə sıxdıqdan sonra qoxunun dərinizə uyğunlaşması və öyrəşməsi üçün bir az vaxt verin. Bu prosesdə ətiri sıxdığınız yeri ovxalamayın, iyləməmişdən əvvəl beş dəqiqə gözləyin. Ətiri sürdüyünüz yeri yarım saat sonra təkrar iyləyərkən qalıcılığı haqqında fikir sahibi ola bilərsiniz.
Ətirinizi seçərkən başqalarının sizi təsir etməsinə icazə verməyin. Ətirin qoxusu, ya da təsiri insanların bədəninə görə fərqlilik göstərə bilər. Sizə təklif edilən bir qoxu başqa biri üzərində möhtəşəm dayanır ola bilər, əhəmiyyətli olan sizin dərinizə və tərzinizə o ətrin uyğunlaşıb-uyğunlaşmamağıdır.
Bir və ya iki ətir sınadıqdan sonra tələsməyin. Doğru ətiri tapmaq bir az əziyyət və vaxt istəyir. Üst-üstə ətirləri sıxsanız qoxular bir-birinə qarışa bilər və bu zaman doğru seçim etməyiniz çətinləşər.Satıcının öz üzərinə sıxdığı, ya da bir kağıza sıxılan ətiri və ya şüşədən iyləmək doğru seçim etməyinizə mane ola bilər, çünki əhəmiyyətli olan ətirin sizin üzərinizdə sınanmağıdır. Bu səbəblə ətiri mütləq öz üzərinizdə təcrübədən keçirdin.Ətir seçimində mühüm məqamlardan biri də yaşa uyğun qoxu tapmaqdır. Məsələn, gənc yaşda olan xanımlara ədviyyatlı və ya çiçək qoxuları yerinə sabun, meyvə qoxuları daha çox yaraşır.Ətirin dərinizə dəydiyini düşünərək sizi və bədəninizi narahat etməməsi üçün keyfiyyətli ətirlər seçim etməkdə fayda var.Ətirin istifadə ediləcək mühit ilə də uyğunluq təmin edəcək tərzdə seçilməsi də mühümdir. Gecə saatlarında daha iddialı və parlaq qoxular seçim edilərkən, gündüzləri daha yüngül ətirlər seçim edilə bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri