Qış və yay ətirləri arasındakı fərq nədir?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 3 774
Səs ver:
(səs: 0)
Əgər bir ətri sevirsinizsə onu ilin bütün fəsillərində təbii ki, istifadə edə bilərsiniz. Buna görə sizə kim bir söz deyə bilər ki? Ətir polisi sizi cərimələyəcək ki. Amma di gəlin ki, hər bir ətrin, notun öz fəslində işlənməsi daha zövqverici olur.

Ətirlər laboratoriyalarda hazırlanarkən mütəxəssislər onları notlarına, qoxularına görə yaya və ya qışa uyğun olduqlarını müəyyən edirlər. Bu uyğunluqlar ətrin əsas tərkibi, başlanğıc, orta və əsas notları ilə ölçülür. Notlara görə də ətirlərin fəsillərə bölünməsinin, yay və qış üçün nəzərdə tutulması müəyyən olunarkən, onların bədənimizin istisilə kontakta girməsinə diqqət edilir. Bunu əsas götürərək, yay ətirləri bədənimizdə qışa nisbətən daha tez isinir və qoxunun yayılması, həddən artıq güclü olması da buna əsaslanır.

Yəqin ki, siz də yayda nisbətən ağır tərkibli ətirlər istifadə etdikdə onun bədənlə təmasından alınan qoxunun necə isti, itələyici olduğunu hiss etmisiniz. Amma əslində yay ətirləri qışa nisbətən daha xəfif, hissolunmayan xarakterə malik olmalıdır. Çünki yayda bədənimizin istilik dərəcəsi yüksək olur və bu ətirlərlə kontaktı uğurlu alınmır. Bu mövsüm, yəni, qışda isə bədənimizin istisilə tez təmas quran, güclü qoxusunu hiss etdirən, istilik bəxş edən ətirər istifadə etmək yerinə düşür. Buna isə səbəb, qış aylarında bədən istiliyimiz aşağı olur və ağır tərkibli ətirlərlə təmasda yaya nisbətən uğursuzluq demək olar ki, olmur.

Deməli, yay və qış ətirlərini fərqləndirən əsas səbəb onların tərkibindəki notların bədənlə təması, tez istilinməsilə bağlıdır.

Digər səbəb kimi isə, emosiyaları göstərmək olar. Belə ki, yayda emosiyalarımızda ruh yüksəkliyi, dinamiklik hiss olunursa, qışda əksin, soyuğun təsirilə yorğunluq, depressiya hiss olunur. Yayda məhz yüksək əhvalımıza görə, daha çox yüngül, freş və çiçək-meyvə vurğulu ətirlərə üstünlük veririksə, qışda soyuqda canımıza istilik gəlsin deyə, təsəllini odun, qurmanik, ədviyyat notlu ətirlərdə tapırıq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri