Ətir nümunələri və testerlər – fərqləri

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 954
Səs ver:
(səs: 0)
Tez-tez bu ifadələrə rast gəlirik – probnik(ətir nümunəsi) və tester. Amma çox vaxt bu ifadələri səhv salanlar da olur. Bu məsələyə son qoymaq və çaşbaş qalmamaq üçün probnik və tester arasındakı fərqli nüansları nəzərinizə çatdırmaq istədik.

Testerlər. Mağazalar üçün xüsusi hazırlanmış məhsullardır. Satışa çıxarılmazdan əvvəl məhsulların yoxlanışı üçün istehsal olunur. Flakon və tərkib orijinal ətirdən seçilmir. Əsas fərq, testerin qutusunda olur. Testerlərin xüsusi qablaşdırması olmur, sadə ağ qutuya qablaşdırılır. Və testerləri satan mağazalar olsa da əsla satış üçün istehsal olunmurlar.

Probnik (ətir nümunəsi). Danışanda, dəb jurnalları və ya reklam çarxlarında “probnik” sözünə tez-tez rast gəlmək olur. Ətir nümunələrini, adətən, promo-aksiyalarda, promo-kampaniyalarda paylayaraq müştəri cəlb etmək üçün istifadə edirlər. Müasir dövrdə isə bu mini məhsulları müstəqil məhsul kimi təqdim edirlər.
İndi ətir nümunələri müxtəlif formalarda istehsal olunur, hətta kiçik flakon formasında olanları da var. Ölçüsü isə 3-6 ml-dir. Qablaşdırması isə ikitərəfli, kiçik qutu formasında olur.

Müasir dövrdə istehsalçılar probnikin orijinalla eyni səviyyə daşımasına çalışırlar. Buna görə də, son vaxtlar bir çox probniklər plastik qutularda, orijinalın analoqu olaraq istehsal olunur. Lakin probniklər də satış üçün nəzərdə tutulmur və istehsalçı tərəfindən üzərlərinə “Not for sale” yazılır. Ətir nümunələrindən pul qazanmaq məqsədi ilə satanlar olsa da, adından göründüyü kimi sadəcə müştərini əsas ətirlə tanış etmək üçün nümunədirlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri