Qalıcı olması üçün ətri necə vurmalı?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 339
Səs ver:
(səs: 1)
Vurduğunuz ətrin üzərinizdə qalmadığına təəccüblənirsinizsə, demək ondan düzgün istifadə etmirsiniz. Beləliklə, istifadə etdiyiniz ətrin bütün günü üzərinizdən ətrafa qoxu saçması üçün bəzi ipuclarını təqdim edirik:

DƏRİNİ  NƏMLƏNDİRİN
Heç bilirdiniz ki, ətir daha çox yağlı dəridə uzun müddət qalır? Ona görə də ətri vurmazdan əvvəl dərinizə nəmləndirici krem sürtün. Xüsusilə də ətrinizə uyğun olan lasyonla birlikdə vursanız qoxu daha uzunmüddətli olacaq.

DÜZGÜN YERLƏRƏ VURUN
Ətir bədənin isti olan yerlərinə vurulduqda qoxusu daha da yayılır. Ona görə də onu ən çox nəbzin vurduğu hissələrə, yəni qanın dəri səthinə daha yaxın olduğu nahiyyələrə tökün. Ətir daha çox biləklərə, qulaqların arxasına, boyun nahiyyəsinə, dizlərin arxasına və dirsəklərə səpilir.

ƏTRİ DARAĞA  VURUN
Heç vaxt ətri saçlarınıza vurmayın, çünki tərkibində spirt var və çox dəyərli saçlarınızın qurumasına və korlanmasına səbəb olur. Saçlarınızın ətirli olmasını istəyirsinizsə ya saçlarınız üçün xüsusi ətirdən istifadə edin, ya da ətri darağa səpib gözləyin ki, spirt uçsun. Daha sonra ziyan vermədən saçlarınızı darayın. Bu üsulla saçlarınız zərər görmədən çox ətirli olacaq
 
DÜZGÜN  ƏTRİ  SEÇİN
Ətir və tualet suyu  eyni şey deyil. Halbuki əksəriyyətimiz bu barədə heç düşünmürük. Ətrin tərkibində 20-40% aromatik yağ  olur, ona görə də daha çox üzərimizdə qalır. Ətir suyunda (Eau de Parfum) 10-20%, tualet suyunda (Eau de tualet) 10%, bədən spreylərinin tərkibində isə 1-3% aromatik yağ olur. Gündəlik istifadə üçün yaxşı olar ki, ətir suyunu seçin. Lakin parfümünüzü özəl günlər üçün saxlayın.

Yaxşı olar ki, ətri barmaqlarınızın ucu ilə nəbzin vurduğu yerlərə sürtəsiniz. Amma ətir və tualet suyunu isə havaya sıçradıb həmin ətir damcılarının arasından keçin.

ƏTRİ DÜZGÜN VAXTDA VURUN
Ətri vurmağın ən gözəl vaxtı duş qəbul etdikdən dərhal sonra və ya paltarı geyinməzdən əvvəldir. Bu zaman bədəninizdəki nəmlik ətrin yayılmasına kömək edir.

TƏRKİBİNƏ  BAXIN
Ətrin qalıcılığı təkcə aromatik yağların konsentrasiyasından deyil, həm də tərkib hissəsindən asılıdır. Ən qalıcı qoxular şərq, bitki və oduncaqdan hazırlanan ətirlərdir. Meyvə qoxulu ətirlər isə tez yox olur, burda diqqətli olun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri