Ətir istifadə edərkən nələrə diqqət edilməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 247
Səs ver:
(səs: 1)
Gündüz:
Səhərin tez saatında avtobusda, metroda və ya iş yerində insanları narahat etməmək lazımdır. Kütləvi nəqliyyat vasitələrində ətir qoxusu xoş olmayan nəticələrr doğura bilər; məsələn: migreni təhrik edə bilər, ürək bulanması, baş gicəllənməsinə səbəb ola bilər.
Səhər ətir vurmaq mövzusunda qərarsız qalan amma yaxşı qoxmaq istəyənlər üçün ideal olan, eau da cologne, eau da toilette ya da deodorant, krem kimi bir tərəf məhsulla ətirlənməkdir.
Əgər səhərlər ətir vurmaq istəyirsinizsə,, meyvə qoxu ailəsindən bir ətir seçin.

Dərinin turşu nisbəti də ətirin qalıcılığına təsir edər:
- Turşulu dərilərdə ağaçsı və ədviyyatlı qoxular daha qalıcıdır.
- Turşu nisbəti az dərilər (həssas və quru) isə çiçeksi qoxuları daha yaxşı tutar.

İsti günlərdə daha yüngül ətirlər istifadə edin.
Ətirin qoxusu isti və nəmdə daha qüvvətlənər. O halda, daha basqın və egzotik olanları payız və qışda, yüngül olanları isə yaz aylarında istifadə edin.

Səhər, günorta, axşam eyni formadamı ətir vurmaq lazımdır?
Qətiliklə xeyr. Ətir vurduğunuz anda ətrafınızda təxminən 3 metr diametrində bir qoxu çevrəsi meydana gətirərsiniz. Bu səbəblə olduğunuz mühitlər və günün hissələrini göz önünə alaraq ətir konsentrasiyalarıyla oynamanız lazımdır.

Günortadan sonra:
Günortadan sonra istifadə edilən ətirlər hər yerə çata bilən, həyatın şirinliyini əks etdirən ətirlər olmalıdır. Çiçək və ya meyvə ailəsinə aid yaxşı yayılan amma ağır olmayan qoxular seçin. İki ayrı ətir istifadə edirsinizsə günortadan sonra daha vurğulu olanını seçin. Eyni ətiri istifadə edirsinizsə səhər eau da toilette, günortadan sonra eau da parfum istifadə edin.

Gecə:
Ətir özünün istifadə ediləcəyi tək zamandır: ya indi, ya heç bir zaman! Ətir özləri saatlar boyunca bədəndə qalar, sanki ikinci dəriniz olar. Qoxu ailələri içində gecə istifadəyə ən uyğun olanlar, qəşəng paltarlarla uyğunlaşma təmin edən, iştahlı notalar ehtiva edən, sirrli, ipəkli və ağır parçalarla uyğun olan şipre və oryantal qoxu ailəsinə aid ətirlərdir.

Ətir istifadəsinin ilk şərti, dərinin bütün qoxulardan təmizlənmiş yəni təmiz olmasıdır. Ətirinizin daha qalıcı olmasını istəyirsinizsə, duş və ya duş sonrasında vurun, məsamələrin açıq olması dərinin qoxunu daha yaxşı əmib saxlamasını təmin edər.

Duş əsnasında ətirinizin yan məhsullarını istifadə etmək də qoxunu qatlayacaq.
Dəri tipi də ətirin qalıcılığıyla yaxından əlaqədardır. Yağlı dərilərdə ətirlər daha qalıcıdır. Bu vəziyyətdə dəriniz qurudursa, daha çox ətir vurmanız lazımdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri