Bu ətirlərlə kişiləri ovsunlaya bilərsiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 869
Səs ver:
(səs: 1)
Ətir – bu sözdə çoxlu emosiya, hiss, əhval-ruhiyyə, intizar, ümid və arzular var. Ətir insanın əhval-ruhiyyəsini ötürür, onun xasiyyəti, temperamenti, həyat tərzi, zövqləri və üstünlükləri haqqında bizə məlumat verir.

Uyğun ətir seçimi - əsl incəsənətdir. Ətir uzaqlaşdırmamalı, əksinə cəlb etməli, məftun etməli, başdan çıxarmalı, azdırmalı, tovlamalıdır. Hər qadının ona xas qoxusu olan ətri olmalıdır. Yaxınların və ya reklam çarxlarının məsləhətləri ilə ətir seçmək olmaz. Hər bir insanın ətri sırf fərdidir. O genetik olaraq proqramlaşdırılıb, bir qadının bəyəndiyi, digərinə tamamilə uyğun gəlməyə bilər. Ona görə də hər kəsin öz ətir seçimi qaydası var.

Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almaqa tələsməyin.

Ətir ailələri var: odunsal, çiçəkli, meyvəli və s. Bəzi ətirlər iki xüsusiyyəti eyni anda daşıya bilir, həm çiçəkli həm də meyvəli kimi...

Odunsal:Odunsal ətirlərin içində sidr ağacı, qayıq ağacı və paçuli kimi notalara rast gələ bilərsiniz. Bu ətirlər meşə əsintisini bədəninizə daşıyarlar. Odunsu ətirlərə verilə biləcək ən yaxşı nümunələrdən biri Elizabeth Ardanın Mediterrane an ətiridir.

Oryantal- Təməl məzmunları müşk, amber, vanil və egzotik bitkilərdir. Oryantal ətir deyincə ağla ilk gələnlərdən biri olan Diorun əfsanə Midnight Poisonu ən gözəl oryantal ətirlərdən biridir.

Çiçəkli - gül, yasəmən, jasmin kimi ağılınıza gələ biləcək hər cür çiçək özünü ehtiva edirlər. Şirin və yumşaq qoxuları vardır. Estee Lauder Pleasures və Flora by Gucci ən sevilən bu növ ətirlərdəndir.

Meyvəli- Berqamut, limon, naringi, şirin portağal, qırmızı meyvələr və notaları ehtiva edən bu ətirlər yüngül olduqları üçün sevilirlər. DKNY Be Delicious və Prada Infusion da Fleur d'Oranger bu tip meyvəli ətirlərdəndir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri