Ətirdən istifadə etmənin faydaları

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 2 934
Səs ver:
(səs: 1)
Gözəl bir qoxuya sahib olmaqda ən böyük köməkçimiz istifadə etdiyimiz ətirlərdir. Ancaq ətir istifadə edərkən edilən səhvlər, ətirlərdən istənilən nəticəni ala bilməməyə səbəb olan faktordur. Ətir istifadə edərkən diqqət yetirilməsi lazım olanları öyrənərək daha xoş bir qoxuya sahib ola bilər, yalnız qoxunuzla ətrafınızdakıları cəlb etməyiniz mümkündür

Saçınızı ətirləmək istəyirsinizsə, əvvəlcə saçın təmiz olmağına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün şampununuzu qoxusuz şampun olanından seçin. Saçlarınız qısadırsa saç diblərinizə, uzundırsa uclarına sıxmanız kifayət edər
Saçınızı daramazdan əvvəl darağınıza bir az ətir vurun. Bu saçı təmiz və təravətli saxlayacaq

Ətirlər pambıqlı, yunlu kimi təbiiiplə toxunmuş parçalarda çox qalıcı olur və rahat yayılır. Sintetik altarlarda qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu parçalar isə kürklər və atlas parçadan hazırlanmış geyimlərdir.

Ətirinizi pencək və jaketlərinizin astarlarına, ətək və paltarların bel nahiyəsinə vurun.
Geyimlərinizi fərqli ətirlər sıxmayın. Üst üstəvurulan ətirlərin molekulları yaxşı bir qarışıq meydana gətirməz və pis qoxu yaradar.
İpək geyimlərə isə ümimiyyətlə ətir vurmayın, ətir geyimlərdə ləkələr buraxır.
Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizi ətirləməklə kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcəkdir

Ləl-cəvahirat, aksesuar və xüsusilə mirvarilərə ətir istifadə etməyin, ətirlərdəki spirt bəzək əşyalarınız parlaqlığını yox edər.

Geyim şkafınızı ətirləməyi unutmayın.
Paltarlarınızın olduğu şkaf və ya siyirtməyə ətirinizlə nəmləndirdiyiniz yunlu bir parça qoyun.
Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar. Bu səbəblə ətir sürmək baxımından bədənin bəzi bölgələrinə diqqət yeritmək lazımdır:
İsti və nəmli nöqtələr. Qoltuq altları, sinə araları,boyun, qulaq arxaları və göbək.
Qanın çox hərəkətdə olduğu vurulduğu nöqtələrə nəzərə alınmalıdır. Bilək içləri, gicgahlar və boyun.
Müxtəlif Alergiyalı şəxslər isə eləcə də ətirə alergiya olanlar sadəcə sinələrinə ətir vurmaqları məslətlidir
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri