Əla əhval-ruhiyyə yaratmaq üçün ətirlər və məsləhətlər!

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 417
Səs ver:
(səs: 2)
Qoxuların bu kolleksiyası sizi stressdən tez qurtaracaq və romantikanı gündəlik həyatınıza əlavə edəcək.

Anis gümrahlandıracaq
Səhərlər yağış yağır və çarpayıdan durmaq istəmirsiniz? Anis çayı için. Bunun üçün sizə 1 çay qaşığı qara çay, 2 anis ulduzu və zəncəfil kökünün kiçik tikəsi lazım olacaq. Bütün qarışığı 1 litr qaynar suya tökün, 10dəq. saxlayın. Limon əlavə edib çayı için.

Mandarin bayram atmosferini yaradacaq
Səhər tezdən işə gedirsiniz və evə gec qayıdırsınız? Bütün günləriniz oxşar keçir? Kiçik bayram təşkil edin. 1 stəkan südə 5 — 6 damcı mandarin ətirli yağını əlavə edin, suyla doldurulmuş vannaya qarışığı əlavə edib duş qəbul edin. Sitrus ətiri əhval-ruhiyyənizi tez qaldıracaq.

Bal tez yatmağa kömək edəcək
Uzun müddətdir yata bilmirsiniz? Dadlı və zərərsiz yuxu gətirəni hazırlayın. İsti süd stəkanına 1 çay qaşığı konyak və ) 1 xörək qaşığı bal əlavə edin. Kiçik qurtumlarla içkini qəbul edin.

Darçın uşaqlığı xatırladacaq
Darçının və ətirli piroqların qoxusu sizdə qayğısız uşaqlıq xatirələrini oyadır? İstirahət günləri şarlotka bişirin. Formanı yaxşıca yağlayın 3 — 4 ədəd alma doğrayın və onların üzərinə testi (biskivit xəmiri ) əlavə edin. 25 dəq. mini şarlotkanız hazır olacaq.

Vanil sakitləşdirəcək
Gündəlik həyatınıza bir az romantika əlavə edin. Vanilin efir yağını götürün. Axşam ətirli şamlarınızı yandırın. Şamlar, xoş sakit musiqi və ya CD dincliyin xüsusi atmosferini yaratmağa sizə kömək edəcək… Təsəvvür edin ki, siz ekzotik adadasınız. 5 dəqiqə "səyahətdən” sonra yüngüllüyün və dincliyin hissi sizi rahatladacaq.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri