Ətirlər haqqında məlumat

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 4 831
Səs ver:
(səs: 2)
Ətirlərin hansı növü var?
Bəzən müştərilər parfum növləri haqqında məlumatsız olduğu üçün onların qoxusunun qalıcı olmamasından şikayətlənirlər. Ümumiyyətlə, parfum bir neçə növə bölünür. Bunlar içərisində ən bahalı və qalıcı hesab edilən – Parfumdur.

1. Parfüm yaxud təmiz ətir
Perfum, Perfume və ya Extrait kimi qeyd edilənlər tərkibinə ən çox konsentrat daxil olan ətirlərdir. Bu ətirlərin tərkibinə 20-30% və bəzən də daha çox təbii ətir konsentratı daxildir. Belə ətirlərə niş ətirləri də daxil edirlər. Təbii ki, belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiymətləri isə baha olur.

2. Parfum suyu və ya Eau De Parfum (EDP)
Bu ətirlərin tərkibinə 15-25% parfum konsetratı daxildir. Qiymətinin münasib olmasına tərkibindəki yüksək konsentrasiya və qalıcılıq qüvvəsinə görə müştərilər arasında ən çox alınan növdür.
Bir çox brendlərdə bu ətrin ən yüksək növü hesab edilir. Belə ki, parfum şirkətlərinin hamısı yüksək konsentrasiyalı ətir istehsal etmir.

3. Tualet suyu və ya Eau De Toilette (EDT )
Tualet sularında ətir konsentratı o qədər də yüksək olmur. Adətən 10-20% (kişi parfumlarında 6-12%) təşkil edir. Belə ətirlərin qiymət siyasəti çox da yüksək olmur, qalıcılığı isə 2-3 saat olur.

4. Odekalon və ya Eau De Cologne (EDC)
3-5% parfum ekstraktından ibarət olur. Çox az qalıcılıq qüvvəsinə malikdir. İsti havalarda EDT əvəzinə istifadə edilə bilər

5. Dezodorant (Parfum Deo)
3-5% parfum ekstraktı ilə zəngin olur. Eyni zamanda təravətləndirən, ətirləndirən və gigiyenik təsirə malikdir.

Ətirlərin təsnifatı
Dominant təsnifat üzrə ətirlər 3 qrupa bölünür.

Çiçək qoxulu ətirlər qrupu
Şipr qrupuna daxil olan ətirlər
Şərq ətirlər qrupu
Fransızlar isə bu qrupları daha da bölərək ətraflı təsnifat verirlər. Fransız təsnifatı ilə ətirləri belə qruplaşdıra bilərik.

Aldehidlər (альдегидные) qrupuna daxil olan ətirlər – süni yaradılmış maddələrdən istifadə etməklə, qoxuların müxtəlifliyini yaratmağa imkan verir. Dəri ilə təmasda ətrin qoxusu güclənir. Müasir parfumeriyada elit ətirlərdə aldehidlər demək olar ki, istifadə edilmir.
Ənbər (амбровые) ətirlər qrupuna şirin ədviyyə tərkibli ətirlər daxil edilir. Belə ətirlərdə baza notlar üstünlük təşkil edir. Bu qrup ətirlərin tərkibi şərq ədviyyatı, müşk, ənbər vanil və s. zəngindir.
Ağac (древесные) ətirlər qrupuna çoxlu yarımqruplar daxildir: çiçək-ağac ətirli, meyvə-ağac ətirli, ədva-ağac ətirli və s. Bu qrupa daxil olan ətirlər səndəl, kedr, paçuli, mərsin kompazisiyalarını özündə birləşdirir.
Yaşıllar (зеленые) qrupuna daxil olan ətirlər yeni biçilmiş ot və yarpaqların çox yüngül, sadə qoxusu ilə səslənir. Burada şam, qalbanuma, ardıc, lavanda notları üstündür.

Dəri (кожаные)qrupuna aid olan ətirlər əsasən kişilər üçün nəzərdə tutulub. Onlarda tütün, tüstü, bal, qatran, kəhrəba qoxuları üstünlük təşkil edir.
Müşk (мускусные) ətirlər qrupu adı ilə özü haqqında xəbər verir. Buraya daxil olan heyvan mənşəli maddələr kiçik eyforiya yaratmağa qadirdir. Bu qrupa daxil olan ətirlərin qalıcılığı da daha yüksəkdir.
Ozon ətirlər qrupu (dənizlər, okeanlar qrupu da adlanır) yeni yaranmış qrupdur. Buna baxmayaraq, müştərilər arasında artıq öz pərəstişkarlarını tapıblar. Bu qrupa daxil olan ətirlər dəniz və okean damcılarının təravətini pərəstişkarlarına çatdırır.
Oriyental-Şərq (восточные, ориентальные) ətirlər qrupu vanil, müşk, səndəl, qətran və s. qoxularla zəngindir. Bu qrupun ətirləri əsasən qiş mövsümü və gecə ziyafətləri ilə əla səslənir.

Ədviyyəli (пряные) ətirlər qrupunda qərənfilin, mixəyin ədviyyəli notları. darçın dəfnə yarpağı, istiot notları üstünlük təşkil edir.
Meyvə (фруктовые ) ətirlər qrupu adından da məlum olduğu kimi meyvə qoxuları ilə zəngindir. Burada təravət və şleyf kompozisiyalarına üstünlük verilir.
Qədəh (фуженыер) ətirlər qrupu özündə palıd mamırı və lavandanın ətir çalarlarını birləşdirir. Bu qrupa daxil olan ətirlər əsasən kişilər üçün nəzərdə tutulub.
Çiçək (Цветочные) qrupu bayaq xatırlatdığım kimi çox yarım qruplara bölünür. Burada çiçək notları üstünlük təşkil edir. Adətən bu notlar meyvə, sitrus, yaşılların qrupuna daxil olan notlarla birləşərək kompozisiya yaradır.
Sitrus (цитрусовые) qrupuna daxil olan ətirlər özündə sitrus meyvələrin ətir notlarını birləşdirir.
Şipr (шипровые) qrupuna daxil olan ətirlər ilk dəfə 1917-ci ildə yaradılıb. Onlar o qədər məşhur olub ki, şipr ətirlər qrupu ailəsi yaranıb. Qadınlar üçün əsasən yüngül meyvə və yaşıllıqlar notları ilə ətirlər istehsal olunur. Kişi ətirlərinin kompazisiyasını isə palıd mamırı notları, lavandalar, paçuli və s. notları təşkil edir.

Ətirlərdən istifadə
Ətri aldığımız insanın yaşı, onun üstünlük verdiyi qoxular, ailə və iş statusu, ümumiyyətlə, yaşam stili nəzərə alınmalıdır. Sevimli flakonlar hər bir qadında çoxluq təşkil etməlidir. Parfumlardan hər gün istifadə etmək lazımdır. Lakin hansı parfumdan nə vaxt istifadə etməli olduğumuzu mütləq bilməliyik. Parfumları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsili, əhval-ruhiyyə və gecə həyatına görə seçmək daha düzgündür. Məsələn: səhər işə gedərkən əsasən yüngül ətirlərdən istifadə olunmalıdır. Gündüz ətri iş əhval ruhiyyəsini pozmamalıdır. Ziyafətə gedərkən daha tünd və şleyfli ətirlər məsləhətdir. İlk görüşə isə yeni ətirlə eksperiment etməməyi məsləhət görürük
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri