Doğru ətir seçimində 9 nüans

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 517
Səs ver:
(səs: 0)
1.Ətirinizi dəyişdirəcək, ya da ilk dəfə ətir alacaqsınızsa ətir almağa gedərkən üzərinizdə başqa bir qoxu olmamasına, dərinizin mütləq təmiz olmasına diqqət yetirin.

2.Ətir seçərkən ətirin dərinizə, şəxsiyyətinizə, stilinizə uyğun olmasına diqqət edilməlidir.Ətriniz sizi əks etdirməlidir.

3.Ətiri sınayarkən ətiri qolunuzun iç hissəsinə bir, ya da iki dəfə püskürtdükdən sonra qoxunun dərinizə uyğunlaşması və alışması üçün bir az gözləyin. Bu prosesdə ətiri vurduğunuz yeri ovxalamayın,qoxlamamışdan əvvəl beş dəqiqə gözləyin. Ətiri sürdüyünüz yeri yarım saat sonra təkrar iyləyərkən qalıcılığı haqqında fikir sahibi ola bilərsiz.

4.Parfum seçərkən başqalarının sizi təsir etməsinə icazə verməyin. Ətirin qoxusu, ya da təsiri insanların bədəninə görə fərqlilik göstərə bilər. Sizə təklif edilən bir qoxu başqa biri üzərində möhtəşəm dayanır ola bilər, önəmli olan sizin dərinizə və tərzinizə o ətrin uyğunlaşıb uyğunlaşmamasıdır.

5.Bir və ya iki ətir sınadıqdan sonra tələsməyin. Doğru ətiri tapmaq bir az zəhmət və vaxt istəyir. Üst-üstə ətirlərin qoxuları bir-birinə qarışacaq doğru seçim etməyinizə mane ola bilər.

6.Satıcının öz üzərinə sıxdığı, ya da bir kağıza sıxdığı ətiri və ya şüşədən iyləmək doğru seçim etməyinizə mane olur, çünki əhəmiyyətli olan ətirin sizin bədəninizdə yoxlanmasıdır. Bu səbəblə ətiri mütləq öz bədəninizdə sınayın.

7.Ətir seçimində mühüm məqamlardan biri də yaşa uyğun qoxu tapmaqdır. Məsələn, gənc yaşda adamlara ədviyyatlı və ya çiçək qoxuları yerinə sabun, meyvə qoxuları daha çox yaraşır.

8.Ətirin dərinizə dəydiyini düşünərək sizi və bədəninizi narahat etməməsi üçün keyfiyyətli ətirlər seçim etməkdə fayda var.

9.Ətirin istifadə ediləcək mühit ilə də uyğunluq təmin edəcək tərzdə seçilməsi də mühüm. Gecə saatlarında daha iddialı və parlaq qoxuların seçim edilərkən, gündüzləri daha yüngül ətirlər seçim edilə bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri