Ən cazibədar 11 qadın ətri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 997
Səs ver:
(səs: 1)
1. DOLCE & GABBANA

DOLCE & GABBANA-dan "Dolce Floral Drops" ətrinin taca bənzər ağ gül qapaqlı şüşəsi əsl sənət əsəridir. Bu ətrin bir damlası təzə dərilmiş güllərin başdöndürən qoxusunu hiss etməyə imkan verir: su zanbağı, nərgiz, amarillisa.

2. ELIE SAAB

Bütün yay yaxtada istirahət etməyi arzu edən xanımlar üçün Livan dizayneri Elie Saab "Le Parfum Resort Collection" ətrini hazırlayıb. Onun kifayyət qədər dəniz notları olmasa da (əncir, portağal çiçəyi, jasmin və franjipan), o sizə özünüzü tam bir dəniz səyahətində hiss etməyinizə kömək edəcək.

3. GIORGIO ARMANI

Armud, qara qarağat və müşkün qoxusu ilə Giorgio Armani-nin "Si" ətrini müasir qadın üçün bir qəsidə adlandırmaq olar, hansı ki, bu ərtin təsirinə düşüb hər kəs ətrin istifadəçisi olan qadına qorxmadan və müstəqil şəkildə "hə” deyə bilər.

4. JO MALONE

Ənənəvi olaraq buxur iyi kilsə mərasimləri ilə bağlıdır, amma ətir markası Jo Malon bu ənənəni dəyişdirməyə qərar verib. Qatran, limon və istiotun qoxusu "Incense & Cedrat" ətrinin əsasını təşkil edir. Əlbəttə ki, bu ətirdə bir şərq səsi var,qoxusunu duyan sadəcə qulaq asmaq istəyir sanki…

5. COSTUME NATIONAL

Pastel rəngləri və onun tonları moda, gözəllik sənayesinin ən populyar zirvəsindədir. Costume National ətriyyat evi bir tendensiyaya dəstək vermək qərarına gəlib və dini qadının çılpaq bədəni üçün "So Nude" ətrini hazırlayıb. Bu ətir özündə hil, kimyon, neroli, qızılgül, sidr və paçulinin qoxusunu birləşdirir. Belə qoxulu ətri istifadə edən qadın kişilərin diqqətini maqnit kimi özünə çəkir.

6. ISSEY MIYAKE

Romantik xanımların seçimi olan İssey Miyake-dən "L’Eau d’Issey City Blossom" ətri limon, çəhrayı bibər, freziya, maqnoliya, kəhrəba və ağ sidrin qoxusunu özündə birləşdirib. Şəffaf çəhrayı qapaqlı konusvari qabın üzərini küçə rəssamı Mademoiselle Maurice-nin təsvirləri ilə bəzədilib.

7. ESCADA

Escada-nın yeni, məhdud saylı "Turkuaz Summer" ətri yayın çiyələk, moruq, qaraqarağat, vanil və səndəl ağacının qoxusu ilə fiksasiya olunub. İsti günəşli günləri xatırladan ətrin şüşəsi kəpənək aksessuarı ilə dizayn olunub.

8. ANGEL SCHLESSER

Angel Schlesser markası özünün 15-ci ildönümü yubileyi münasibəti ilə ikonik ətrinin yeni "Femme Eau de Parfum" adlı daha cəsarətli versiyasını hazırlamaq qərarını verib. Bu ətirdə biz berqamot, mandarin, qara bibər, jasmin, bənövşə,zəncəfil və kəhrəba notlarının səsini duya bilərik.

9. LADY GAGA

Mövsümün ən gözlənilən ətirlərdən biri "Queen Monster" Lady Qaqa brendinə aid "Eau de Gaga 001"dir. Qaqanın yarı çılpaq kişi orqanları ilə əhatə olunmuş reklam kampaniyası fotoları internetdə səs-küyə səbəb olub. Daha sonra müğənnin reklam çarxı göstərdi ki, hər bir qız bu ətrin köməyi ilə istənilən kişinin diqqətini cəlb edə bilər. Ətrin konsepsiyası isə çox sadədir, ləzzət yalnız üç maddədən ibarətdir: soda,əhəng və dəri…

10. CIEL

Ciel-dən olan "Saison fabuleuse" ətri qardeniya, tuberoza, jasmin, bənövşə, berqamot və sidrin ləzzətli qoxsundan ilhamlanmışdır ki, ətir sizin həyatınızı ilk dəqiqələrdən nağıla çevirəcək, buna görə də ətrin adı əslində "bir fantastik mövsüm” kimi tərcümə olunur.

11. JAMES BOND 007

Eyni adlı filmdən təsirlənən James Bond markası süd, gül böyürtkən, jasmin, vanil,sidr və qara bibər qoxularını birləşdirən, özünün ilk "007" qadın ətrini biz xanımlara təqdim edib. Ətrin qara şıx şüşəsi qumbara formasında dizayn olunub. Bu əks cinsi ehtiraslandırmaq üçün həqiqətən də xanımlar üçün çox gözəl silahdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri