Saçlara qulluq

Müəllif: _Mrs_
Şərhlər: 8
Baxılıb: 1 933
Səs ver:
(səs: 1)
Saçın bəslənməsi üçün
1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinizə sürtün. 10-15 dəqiqə gözləyib şampunla yuyun.

Kəpəkli saçlar üçün
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edin və bu suyu bir qədər ilıqladın. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın.

Saçlarınızı daha yaxşı təmizləmək və parlaq görünüş vermək üçün
1 fincan sıxılmış limon suyu və ya sirkə
Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu və ya sirkəni saçlarınıza töküb, saçın diblərinə yaxşıca masaj edin. Ardından saçlarınızı su ilə durulayın. Saç kremi(balzam) sürtün və yuyun. Bu, saçlarınızın daha yaxşı təmizlənməsinə və parlaq görünməsinə kömək edir. Bu maskanı 3 həftədən bir təkrarlamağınız məsləhət görülür.

Pıtraqlaşmış saçlar üçün
1 ədəd banan
Bir neçə damcı badam yağı
Əzilmiş bananı badam yağıyla qarışdırın və saçınızın diblərinə masaj edərək sürtün. 15 dəqiqə saçınızda saxladıqdan sonra, su ilə durulayın. Sonra şampunlayıb saç kremi sürtün.

Quru saçlar üçün
Bir xörək qaşığı bal
Yarım fincan tam yağlı süd
Balla südü qarışdırıb saç dərisinə masaj edin və 15 dəqiqə saçınızda saxlayın. Şampunla yuyun.

Elektriklənən saçlar üçün
Bir xörək qaşığı balı bir litr suyla qarışdırın. Bunu saçınızı şampunladıqdan sonra istifadə edin

Qeyd:1xörək qaşiğı limon suyu,1x.q.şampun,1x.q.kastrovoe maslo(genəgərçek yağı)1x.q.yumurta-hamısı qatışdırırsız,maskanı sürtürsüz saçlarınızın dibindən düz ucuna kimi,sonrada 1 ve ya 2saat saxlayirsiz başınızda.Həfdədə 1defe,yada 2həfdədən bir istifadə edirsiniz.Amma təmiz saclara sürtün maskanı

İsti yağ müalicəsi
Qurumuş və zədələnmiş saçları ən yaxşı canlandırma üsulu zeytunyağı müalicəsidir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 yemək qaşığı zeytunyağını isidin. Bunu yavaş yavaş bütün saç dərinizə yedirin. İsti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra türban kimi başınıza bağlıyın. Dəsmal soyuyarkən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq başın yağı yaxşıca çəkməsini təmin edin. Sonra saçlarınızı yuyaraq yaxşıca durulanın. Bu xüsusilə tez qırılan saçlar üçün çox faydalıdır.

Zeytunyağı və bal müalicəsi
Yarım çay fincanı zeytunyağıyla bir çay fincanı süzmə balı qarışdırın. Bu mayeni yaxşıca qarışdırıb çalxalayın və bir neçə gün saxlayın. Daha sonra bu qarışığı baş dərisinizə ovaraq və darayaraq yedirin. Başınıza bir neylon torba keçirərək başın istiliyini qoruyun. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra saçlarınızı bol suyla yuyun. Bu əməliyyat tünd rəng saçların işıltılı bir hal alıb, parıldamasını təmin edəcək.

Zülal müalicəsi
Yumurta ilə ediləcək zülal müalicəsi hər növ saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş yavaş bir yemək qaşığı zeytunyağı bir yemək qaşığı qliserin və bir yemək qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampunladıqdan sonra saçlarınıza bu qarışığı sürüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca yudugdan sonra saçlarınızın çox qısa müddətdə canlandığını hiss edəcəksiniz.

Bəsləyici maska
1 yumurta sarısı, 1 stəkanı dəmlənmiş çay, 1 yemək qaşığı badam yağı və yarım limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürüb masaj edərək yaxşıca yedirin. 10-15 dəqiqə gözləyib şampunla yuyun.

Kəpəkli saçlar üçün
2 yemək qaşığı limon suyu və ya sirkəni 5 stəkan suya əlavə edib isitin. Saçlarınızı yuduqdan sonra bu qarışıqla yaxalayın.
Dərininə təmizlik və parlaq görünüş üçün
Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu ya da sirkəni saçlarınıza töküb, masaj edərək yaxşıca yedirin. Ardından saçlarınızı yaxalayın. Saç kremi ulə və yuyun. Bu, saçlarınızdakı bütün çirki götürər və saçlarınıza parlaqlıq verər. Bu üsulu iki həftədən tez təkrarlamayın.

Quru və normal saçlar üçün maskalar
Çörək maskası
- Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.

Bal maskası
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.

Yumurta: 2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur.

Araq: saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.

Yağlı saçlar üçün maska
Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.

Qeyd:- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri