Adi şampuna bunları əlavə edin. İnanılmaz nəticə!

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 3 707
Səs ver:
(səs: 0)
Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar.
Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir - saçları möhkəmləndirir, kəpəklə mübarizəedir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.

Şampunu zənginləşdirmək üçün bukimi inqrediyentlərdən istifadə edin:

1. Şampun + bal

Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun.
Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.

2. Şampun + süd[/b[
100 ml südə 1 x.q. şampun əlavə edin, yaxşı qarışdırın, saçlara çəkin, massaj edin, 10 dəqiqə saxlayın, yuyun. Süd saçları dahamöhkəm və canlı edir, tökülməsini azaldır.

[b]3. Şampun + alma sirkəsi

Şampunla alma sirkəsini yarıbayarı qarışdırın. Alma sirkəsisaçları sağlam və parıltılı edir.

Zənginləşdirilmiş şampunların istifadəsi:
Birinci dəfə saçınızı adi şampunla yaxşı yuyun və yaxalayın. Daha sonra şampunun lazım olan miqdarını kiçik şüşə və ya plastik qaba tökün, seçdiyiniz inqrediyent(bal, süd və ya alma sirkəsi) əlavə edin, qarışdırın və sonra bu zənginləşdirilmiş şampunla saçınızı 2-ci dəfə yuyun və yaxşı yaxalayın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri