Saçınızın gözəlliyini qoruyun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 061
Səs ver:
(səs: 0)
Saçınızın gözəlliyini qoruyun!
Saç tökülməsinin qarşısını almaq istəyirsinizsə, məsələnin həllini kənarda deyil, daxildə axtarmaq lazımdır.
Əgər saçınız tökülürsə, bu həm istifadə etdiyiniz şampun və digər kosmetik vasitələrdən, həm də həyat tərzinizdən, rejimsiz qidalanmadan asılı ola bilər.
Saçın əsas maddəsi kreatindir. Saçlarınızı qidalandırmaq, sağlam və parlaq saçlara sahib olmaq istəyirsinizsə, bir qaydanı heç vaxt unutmayın: saç kökündən qidalanır. Saçlarınızı daha yaxşı qidalandırmaq üçün isə doğru və nizamlı olaraq qidalanmaq lazımdır. Saçınız üçün lazım olan qida maddələri saça yalnız qan vasitəsilə çatır.
Saç tökülməsinin digər səbəbləri dəmir, sink və digər elementlərin çatışmazlığı da ola bilər. Kalorisi az olan yeməklər də saç tökülməsinə gətirib çıxarır. Tərkibində kalsium, selenium kimi minerallar, p-aminobenzoik turşu, həmçinin kreatin olan bəzi hazır məhsullardan da yararlanmaq lazımdır.
Saç tökülməsinin qarşısını almaq istəyirsinizsə, məsələnin həllini kənarda deyil, daxildə axtarmaq lazımdır. Bunun üçün nizamlı qidalanma planına əməl etmək, stress, kədər və yuxusuzluqdan uzaq durmaq lazımdır. Qızdırma, infeksiyalar, bəzi hormonal dəyişikliklər, qan azlığı, xərçəng xəstəliyi zamanı istifadə edilən dərmanlar da saç tökülməsinə yol açan səbəblərdəndir.
Zahiri baxımdan saçınızın gözəl və dalğalı olmasını istəyirsinizsə, saçınızı qurudarkən fırçadan istifadə etməyin.
Saçlarınızı qurudarkən dibdən kənara doğru əks istiqamətdə daradığınız təqdirdə, saçlarınız daha dolğun bir forma alar.
Saçlarınızı yuyarkən şampunu, sadəcə, diblərə, kremi isə saçınızın uclarına vurun.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri