2019-cu ilin saç trendləri ilə tanış olmağa hazırsınzmı?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 6 063
Səs ver:
(səs: 2)
Podiumlar və məşhur simalar gələn ilin trendlərini təyin ediblər, bizə də yaraşanı seçib sınamaq qalır.

Beləliklə:
Hörüklər-xüsusilə uzun hörüklər bu il dəbdə olacaq. İstər tək, istər iki yana ayrılmış, istərsə də aksesuarlarla bəzənmiş hörüklər stilinizdən asılı olaraq, həm sport, həm də klassik obrazınızı tamamlaya bilər.

Kare-2 ildən çoxdur aktuallığını itirməyən kare saçlar yenə də dəbdədir. Çənə xəttinə paralel kəsilmiş qısa kareni dağınıq və dəniz dalğaları ilə stilizə etməniz sizi daha da dəbli göstərəcək.

Yaş effektli saçlar-hər il müxtəlif markaların nümayişlərində gördüyümüz bu trendi artıq gündəlik həyatımızda tətbiq edə bilərik. Xüsusilə həcmsiz, tarım daranmış jeleli saçlarla trendlərə ayaq uydurmaq asan olacaq.

Bu il rəng trendləri al-əlvan olmağı məsləhət görür. Qətran kimi qara saçlarla yanaşı, platin və parlaq narıncı artıq sevilən trendlər arasındadır. Ən nəzərə çarpan trend isə şübhəsiz ki, ilin rəngi canlı mərcanın saç trendləri arasına girməsi oldu.

Saçlardan danışmışkən, aksesuarları da unutmayaq. Saç formasından asılı olmayaraq, istədiyiniz qədər broş və sancaq istifadə etməkdə azadsınız. Lentləri isə, daha ehtiyatla istifadə edin, əks halda artıq detal kimi görünüşünüzə xələl gətirə bilər.

2019-cu ilin saç trendləri ilə tanış olmağa hazırsınzmı?









Nika Məmmədova
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri