2019-da trend olacaq saç rəngləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 13 125
Səs ver:
(səs: 1)
Hər il dəyişən saç rəngləri 2019-ci ildə də bir-birindən cool halları ilə qarşımıza çıxacaq. Mövsümün dəbinə ayaq uydurmaq, həm də özünüzə yeni bir tərz yaratmaq istəyirsinizsə yeni ildə reaktiv qara, külli sarı, living coral, ya da qar boz saç rənglərini sınaya bilərsiz.

Qadinla.com xəbər verir ki, 2018-ci ildə qırmızıdan brondea, sarı ombrelerden qızıllara qədər bir çox rəngi gördük. Ancaq indi bütün bu rənglərə vida etmək vaxtı gəldi. Yeni ildə paltarlarda və ya ayaqqabılarda bir çox şeyin dəyişdiyi kimi saç rənglərində də dəyişiklər olacaq. Tünd saç rəngi sevənlərin bu il çox sevinəcəyi xəbər moda ikonaları və gözəllik mütəxəssisləri tərəfindən də açıqlanıb. Bəs 2019-ci ildə populyar olacaq saç rəngləri nələr? Bütün detallar xəbərdə.

REAKTİV QARA SAÇ MODASI

2019-da trend olacaq saç rəngləri

Hər mövsüm olduğu kimi qara 2019-ci ildə də gözə çarpan rənglər arasında. Cool və havalı görünməyi sevən qadınların diqqət mərkəzində olacaq. Məşhur şüşə saç ardıcıllığı üçün də olan qara saç, buğda və əsmər dərilərlə uyğun olduğu üçün siz də çox bəyənəcəksiniz

LİVİNG CORAL SAÇ MODASI



Sizi hər zaman gənc göstərəcək, eyni zamanda ağ dərililərə çox yaraşan yüngül narıncı Living Coral deyilən bu saç rəngi, yeni ildə saçlarda da favoritlərdən olacaq.

QAR BOZ SAÇ MODASI



Yeni ilin yeni favoritlərindən, platinin bəyaza doğru bir tonu olan qar boz, bir çox moda həftəsinin da diqqətini çəkənlər arasında. Cool bir tərzi olan qadınların sevimlisi olacaq.

KÜLLİ SARI SAÇ MODASI



Sarı saç sevənlər ancaq süni durur - deyərək, istifadə etmək istəmirsinizsə 2019 ildə çox səs gətirəcək olan külli sarı rəngini sınayın. Üstəlik sizi olduğunuzdan daha gənc göstərəcək olan külli sarı yüngül bir makiyajla belə baxımlı görüntü verə bilər.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 13 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri