Qadınlarda saçın tökülməsi: səbəbləri və müalicə

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2777
Səs ver:
(səs: 1)
Statistikaya görə saçın tökülməsi tez-tez kişilər üçün problemdir, amma qadınlar da bununla rastlaşır.

Bəs nəyə görə qadınların saçı tökülür və bununla necə mübarizə aparmaq?

Qadınla.Com bildirir ki, saçların tökülməsi orqanizmdə hər hansı bir xəstəlik və ya pozulmanın ilk əlamətlərindənbiri ola bilər.

Buna görə də, müalicəni başlamazdan əvvəl,səbəbini tapmaq lazımdır.

Qadınlarda saçın tökülmə səbəbləri

Anagen alopesiya

Saçların belə itkisi qəfildən baş verir, bə bu əksər hallardagüclü kimyəvi və ya narkotik prepatların təsirindən, həmçinin radiasiyadan əmələ gəlir.
Adətən, müalicə başa çatanda və dərmanların qəbuledilməsi bitəndən sonra saç artımı bərpa olunur, və saçın qlobal tökülməsi kəsilir.

Telogen dazlaşma
Telogen dazlaşmanın səbəbləri bunlar ola bilər:1. Hormonal mühitin dəyişilməsiBu cür saçın tökülməsi hormonal mühitin dəyişilməsizamanı baş verir. Və həmçinin, stress nəticəsində, plazmada zülal səviyyəsinin azalması və qan itkisi nəticəsində arta bilər..

2. Sağlamlıqla bağlı problemlər

Saçın tökülməsi aşağıdakı hallar baş verəndə başlaya bilər: xeyli qan itkisi, kəskin infeksiya, yüksək istilik, keçirilmiş travma və ya cərrahiyyə, sərt pəhriz və ya düzgün olmayan qidalanma nəticəsində.

Həmçinin saçın tökülmə səbəbləri aşağıdakilar ola bilər:
uzun müddət dərmanların qəbulu (sitostatik, retinoid, antikoaqulent, antikonvulzanlar və s.), orqanizmdə sink və dəmir çatışmazlığı, eləcə də xroniki xəstəliklər (sədəf, hepatit, romatoid artriti, sistemli lupuseritematozu, hipertireoz, şişlər və digər), keçirilmiş güclü stress nəticəsində.

Bəzən saçın tökülmə səbəbi düzgün qulluq olmayan zamanı baş verə bilər:
saçqurudandan, qandal və plojeklardan həddindən artıq istifadə edəndə, tez-tez saçların işıqlandırması və boyaması.

Qadınlarda saç tökülmənin müalicəsi

Müalicəni başlamazdan əvvəl,diaqnostikanı keçib, problemin dəqiq səbəbini müəyyən etmək lazımdır, və hər bir konkret halın öz qərarı olmalıdır.
Daha dəqiq diaqnozu tapmaq üçün, çox güman ki, bunları etmək lazım olacaq:
- Trixoqramma;
- Qanın biokimyəvi analizi (zülal, lipid və karbohidrat mübadiləsinin rəyi;
- Vitamin, amin turşusu və orqanizmin mineral statusunumüəyyən etmək üçün qanın analizi;
- Mineral statusu qiymətləndirmək üçün saçın analizi.

Saçların müalicəsində istifadə oluna bilər:
- Qəbul etmək üçün dərman preparatları;
- Dərman kremləri və losyonlar;
- Lazer terapiyası;
- Başın dərisinin masajı;
- Müalicə şampunları və şaçın tökülməməsi üçün maskalar;
- Homeopatiya;
- Xalq vasitələri (ayıpəncəsi, gənəgərçək yağı, istiot və xardal maska).
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri