Saçlara zərər verən vərdişlər

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 6 086
Səs ver:
(səs: 4)
Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Bunun üçün nə tələb olunur?

Türkiyəli dermatoloq Ata Nejat Ertek saçları həddindən artıq yumağın quruma və yanma ilə nəticələndiyini bildirib.

Mütəxəssis saçların 3 gündən bir yuyulmasının zəruri olduğunu bildirir: "Saçdakı turşu maddəsi qoruyucu lipit təbəqəni əritdiyi üçün ilıq suya üstünlük verin”.

Ertek saçquruducunun yüksək temperaturda istifadə edilməsinin yanlış olduğunu vurğulayıb. "Saçları yüksək temperaturda fenləmək və ya formaya salmaq zərərlidir. Rezin və tacdan da istifadə etməyin. Əks halda saç kökü qırıla bilər”.

Mütəxəssis qeyd edib ki, saçlarınızda tökülmə və ya hər hansı problem müşahidə edirsinizsə, dermatoloq tövsiyəsi ilə hərəkət edin: "Saçlarınızda sədəf, ekzema kimi dəri xəstəlikləri, ya da tökülmə varsa, kükürd və qətran ehtiva edən, göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan şampunlardan istifadə edin. Saçlarınız sürətli şəkildə tökülürsə, biotin, sink, selenium, metionin, E, B, D vitaminlərini ehtiva edən vasitələrdən istifadə edin”.

Ertek saç üçün doğru vitaminlərin təyin olunmasının əhəmiyyətindən də danışıb: "A vitamininin əskikliyi saçları gücsüz edir və kəpəyin yaranmasını sürətləndirir. B1 və ya B6 vitaminləri çatışmazlığı isə saç tökülməsinə səbəb olur. C vitamini saçın uzanmasını və piqment istehsalını nizamlayır. B12 vitamini isə saç kökünü bəsləyir"
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 6 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri