Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar?

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2568
Səs ver:
(səs: 0)
Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək olar. Bəzən saçların ağarması 20 yaşından da əvvəl ortaya çıxır. Yəni saçlar təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

Qadınla.Com bildirir ki, mütəxəssislər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

Bundan başqa, erkən ağarmanın səbəbi uzun müddətli depressiya və ya irsiyyət ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin istifadəsi, balanssız qidalanma və alkoqoldan normadan artiq istifadə də problemin inkişafına səbəb ola bilər.

Saçların erkən ağarmasına səbəb olan amili aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz vermək nəticəsinə əsasən pəhrizə dəyşiriklikl və ya qidaya əlavə bioloji vasitələrdən istifade edilir.

Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün manqan, yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.

Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri