Fəsil dəyişəndə saçlarınız tökülür, dəriniz quruyur? - Diqqətlə OXUYUN

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 1758
Səs ver:
(səs: 0)
Saç tökülməsi hər yaşda rast gəldiyimiz bir problemdir. Yeni doğulan uşaqlardan tutmuş hər yaşda bu baş verir. Demək olar ki, hər fəsildə saç tökülməsi, qırılması ilə qarşılaşırıq.
Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər. Bununla yanaşı, fəsil dəyişkənliyi dəri quruluğuna da səbəb olur. Əsasən də yaz qadınların dərisindəki problemlərin üzə çıxdığı və onların bu problemlərə qarşı mübarizə apardıqları bir fəsildir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir.
Qadınla.Com bu problemlərin səbəblərini sizə təqdim edir:
Mütəxəssislər bildirir ki, saç tökülməsi bir çox səbəblərdən yarana bilər. Uşaqlarda bu bir sıra sindromların xəbərçisi ola bilir. Böyüklərdə isə saç tökülməsi və ya qırılması bəzən bir sıra xəstəliklər nəticəsində ortaya çıxır. Stres, hava şəraiti, ən əsası da fəsil dəyişkənliyi bu problemə gətirib çıxarır.
Ümumiyyətlə, saç tökülməsi fəsil dəyişmələri zamanı daha da artır. Amma bu o qədər də qorxulu deyil. Fəsildən-fəsilə keçdikcə dəri yeniləndiyi üçün onunla birlikdə saç tökülməsi halları da baş verir. Ancaq saçlar gündəlik olaraq 55-65 teldən çox tökülürsə, artıq bu normal deyil və problemi həkimlə məsləhətləşmək lazımdır. Saç tökülməsi zamanı saç dibinin, dərinin müayinəsi mühüm əhəmiyyət kəsb edir
Bəs, yaz fəslində üz dərisinin quruluğu niyə artır ? Onu necə və nədən qorumaq lazımdır ?
Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dəri solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır. Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki əsmər qadınlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Amma bütün qadınların ultrabənövşəyi şüalardan qorunmağı vacibdir.
Vitamin çatmayan dərilər daha solğun olur, çox quruyur. Buna görə də yaz fəslində məsləhətdir ki, qadınlar vitaminlərlə zəngin dərmanlardan istifadə etsin, meyvə və tərəvəzləri çox yesin.
Həmçinin yuxu rejimin pozulması da dərinin tonusunun düşməsinə, cansız görünməsinə, boğunuq görünüş almasına səbəb olur. Bunlarla yanaşı, stres, əsəb də daxili orqanlara mənfi təsir göstərir. Dərinin həssaslığı da birbaşa daxili orqanlarla əlaqədar olduğu üçün əsəb həm də dərimizdə müxtəlif problemlərin yaranmasına şərait yaradır. Normal yuxu, stresdən uzaq həyat, doğru qidalanma dərimizin də təravətli və gözəl qalmasına kömək edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri