Saçlarınızı alma sirkəsi ilə qoruyun

Müəllif: C_E
Şərhlər: 1
Baxılıb: 5 854
Səs ver:
(səs: 2)
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin nəfəs almasına da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.

Sirkə maskası necə hazırlanır?
1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçlarınızın uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.
Bu maskanı həftədə 1 dəfə tətbiq etsəniz, saçlarınız parlaq və qüsursuz görünəcək.

Saçları hər gün yumaq faydalı deyil
Mütəxəssislər xəbərdarlıq edirlər: Saçları hər gün yuduqda dəridəki qoruyucu bakteriyalar məhv olur, kəpəklənmə və saç tökülməsi meydana çıxır.
Saçım çox yağlıdır deyib saçları hər gün yumaq yağlı saçdan heç də qurtulmaq demək deyil. Əksinə, dərinin qoruyucu florası pozulur.
Saçları həftədə 3 dəfə ilıq su ilə yumaq lazımdır.
Saçlarınızda jele, boya kimi kimyəvi məhsulları uzun müddət saxlamayın, çünki bu məhsullar da saçın və saç dərisinin təbii quruluşunu pozur, onları gücsüzləşdirir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 5 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri