Yumşaq saçlara qulluq

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 9 417
Səs ver:
(səs: 8)
Kimyəvi maddələrə saçları məruz buraxmadan evdə də asanlıqla hazırlana bilən təbii saç baxımı maskaları mövcuddur. Bu maskalar sayəsində saçlar daha parlaq və daha yumşaq bir görünüş qazanacaq…
Yumşaq və baxımlı saçlar üçün çay maskası
Vəsaitlər:
1 çay stəkanı dəmlənmiş çay
1 dənə yumurta
1 çay qaşığı limon suyu
1 şorba qaşığı badam yağı
Hazırlanması və istifadəsi: Şüşə bir kasanın içində çay və yumurta köpürənə qədər çırpılar. Daha sonra limon suyu və badam yağı qarışığa əlavə edilər. Əldə edilən qarışıq saç diblərinə eynilə boya sürər kimi çəkilər. Təxminən 15 - 20 dəqiqə saçlarda gözlədilən maska şampun və ilıq su köməyi ilə təmizlənər. Saçlar üçün istifadə edilən son durulama suyunda sirkə istifadə etmək saçların daha xoş və parlaq bir görünüş qazanmasında köməkçi olacaq. 
Yumşaq və parlaq saçlar üçün saç maskası
Vəsaitlər:
2 yemək qaşığı zeytunyağı
1 ədəd yumurta sarısı
Hazırlanması və istifadəsi: zeytunyağı və yumurta sarısı bir kabın içinə alınaraq yaxşıca çırpılar. Əldə edilən qarışıq saç köklərindən saç uclarına doğru çəkilər. Ortalama 15 - 20 dəqiqə saçlarda gözlədilən qarışıq ilıq su ilə yaxşıca təmizlənər.
Yumşaq saç üçün maska
Vəsaitlər:
1 yemək qaşığı gicitkən yağı
2 qəhvə qaşığı alma sirkəsi
Hazırlanması və tətbiqi: hər iki vəsait hemojen bir şəkildə qarışdırılar və saç iplərindən uclarına doğru yaxşıca saçlara yedirilərək çəkilər. Ortalama 20 - 25 dəqiqə saçlarda gözlədildikdən sonra şampun və ilıq su ilə təmizlənər.

/Mənbə: Qadınlar.biz/
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 9 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri