Hansı dəri tipinə sahib olduğunuzu test edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 654
Səs ver:
(səs: 2)

Dəri təmizliyi dəri tiplərinə görə dəyişər. Dərinizi necə təmizləməyiniz lazım olduğunu kiçik bir test ilə öyrənə bilərsiniz.

 

 

Praktik dəri testi

Üzünüzü təmizləyin amma kremləməyin. Bir saat sonra bir kağız dəsmalını qısa bir müddət üzünüzə basdırın və çəkin. Üzünüzü aşağıdakı təkliflər istiqamətində diqqətli bir şəkildə araşdırın.

  • Normal dəri: Kağız dəsmalın üzərində heç bir yağ təbəqəsi gözə dəymir. Üzünüzdə sızanaq və nahamarlıq da gözə dəymir.
  • Qarışıq dəri: Alın, burun və çənənizə bərabər gələn bölgədə dəsmalda yağlı bir görünüş gözə dəyir. Üstəlik yanaqlarınızda qəribə bir şəkildə gərilmə hiss edirsiniz.
  • Yağlı dəri: Kağız dəsmalınızın üzərində ara sıra yağ ləkələri gözə çarpır. Yanaqlarınız, alın və çənəniz parlayır. Məsamələriniz çox böyük və dərinizdə sızanaqlar gözə dəyir.
  • Quru dəri: Bu dəfə dəsmalın üzərində yağ yerinə kiçik qabıq şəklində dəri gözə dəyir. Dəriniz hər an gərgin və nəmləndirməyə ehtiyac hiss edir.

Cildlərin baxımı bu şəkildə olmalıdır.

Normal dəri

Bu dəri təmizləndikdən sonra öz özünü yenilənər. Normal dəri üçün yüngül duş gelləri idealdır. Təmizləmə duş gelini ovucunuzun içində bir az suyla köpürdün. Sonra barmaq uclarınızla, kiçik bir makiyaj süngəriylə və ya yumşaq bir yüz fırçasıyla dairəvi hərəkətlər edərək dərinizi masaj edin.

 

 

Qarışıq dəri

Bu dəri üçün ən yaxşısı səhər və axşam üzü gündəlik istifadəyə uyğun peeling məhsullarıyla yumaqdır. Ardından üzünüzü yaxşıca suyla yuyun. Digər bir təklif bir qaba qoyacağınız ilıq suyu (40 dərəcə kimi) əllərinizlə 20 dəfə üzünüzə sürtün. Sonrasında 10 dəfə daha az isti suyla yuyun. Beləcə kolagen istehsalını nizmlayaraq üzünüzdəki damarları hərəkətə keçirərsiniz.

 

 

Yağlı dəri

Yağlı dərilər xüsusilə yaz və yay aylarında daha da yağlı olarlar. Açılan məsamələr və parlaq görünüş isti və günəşin hərəkətə keçirdiyi tər bezləriylə daha da artar. Buna etiraz etməyə çalışmaq belə bu görünüşü artırmaqdan başqa bir işə yaramaz. Qış aylarında vəziyyət bir az daha tolere edilə bilər vəziyyətə gəlir amma yenə də edilməsi lazım olanlar vardır. Köpük təmizləyicilər bu yağlı görünüşü matlaşdırar və üst təbəqəni yağlardan təmizləyər.

 

 

Quru dəri

Həddindən artıq isti, soyuq, ətraf çirkliliyi, stress və düzgün olmayan baxım bu dəriləri poza bilər. Dəri getdikcə öz nəmini itirər. Dərinin təmizlənməsi üçün ən doğrusu krem ya da süd tərzində məhsuldur. Təmizlik sonrası dəri səthindəki tullantıları nəmli yaş bir dəsmalla ala bilərsiniz. Quru cildləri yalnız gecələr təmizləmə məhsuluyla əməliyyat etməlisiniz. Səhər baxımı üçün bir miqdar dəri tonik istifadə edə bilərsiniz.

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri