Quru dərini nəmləndirmək üçün nələr etməli?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 19 186
Səs ver:
(səs: 2)
Dəri quruluğu səbəb olur? 

Quruluğun tək bir səbəbi yoxdur. Bəzi insanlar irsi olaraq doğuşdan quru dəriyə sahibdirlər. Zaman irəlilədikcə də kəslərdə dəri quruluğu görülə bilər. 

- Yaş ilerledikce dərinin çıxardığı yağ (sebum) azalar. Azalan yağ quruluğu artaraq dərinin baryer funksiyalarının pozulmasına, egzema və quruluğa bağlı çatlamalara səbəb olar. 
- Üzü sabunla yumaq, yuyarkən çox isti su istifadə etmək dərinin üst səthindəki və dərinin nəm tarazlığını qoruyan təbii yağ təbəqəsinə (sebum) zərər verər. Səthdə zəifləyən sərəm dərini qoruya bilməz və quruluğa səbəb olar. 
- Nəm nisbəti aşağı quru iqlim və ya quru hava (məsələn qızdırıcının çox yandığı və nəm səviyyəsinin düşdüyü mühitlər) dərinin su itkisinə və qurumasına səbəb olur. 

- Çox günəş, iti külək, siqaret və siqaret tüstüsü kimi ekoloji faktorlar da dərinin su və nəm itirməsinin səbəbləri arasında. 

Quru dəri nəmli dəriyə görə daha asan inciyər, həssasdır və keçiricidir. Bu artan keçiricilik səbəbiylə quru dərilər suyu daha tez itirər, tahriş edici və allergik tərkibli maddələrdən daha tez təsirlənərlər. Bu istənməyən meydana gəlmələrdən dərini qorumaq üçün dərinin balanslı və axsatmadan nəmləndirilməsi lazımdır. 

Quru dərilər üçün doğru dəri baxımı necə olmalı? 

1-Quru dərinin nəm tarazlığını qorumada, necə və nəylə təmizlədiyimiz çox əhəmiyyətli. Quru dəriyə sahibsinizsə, lütfən çox isti suyla yuyulmayın. İsti su dəri yağına zərər verəcək və dəri enflamasyonunu artıracaq. Bunu maneə törətmək üçün dərinizi ilıq suyla yuyun. Krant suyu dərinizə sərt gələ bilər. Quruluq yaşadığınız günlərdə üzünüzü içmə suyu ilə yuyun. 

Üz yumasında yüksək pH dərəcəsinə sahib sabunlardan qaçın. Üz təmizləməsi üçün quru və həssas dərilərə uyğun təmizləmə məhsullarını (yuma geli, təmizləmə südü və s.) seçin. Bədən yumasında yumşaq tərkibli sabun və ya duş geli istifadə edin. Bədən üçün sabun istifadə etmək istəyirsinizsə, soyuq əməliyyatla edilmiş və içindən qliserini alınmamış təbii sabunlara yönəlin. 

2-Dərini necə nəmləndirməlisiniz? 

Nəmli bir dəri hüceyrə layları arasında balanslı su və yağ səviyyəsinə malikdir. Duş qəbul etdiyimizdə və ya üzü yuduğumuzda dəri suyu əmər. Əmilmiş su dəridə tutulmazsa buxarlaşar və dəri daha çox quruya bilər. Duşdan və ya üzü yuduqdan sonra dərisni dəsmalla nəzakətli silin, toniki tətbiq edin və ən çox 2-3 dəqiqə içində dərinizə nəmləndirici çəkin, nəmləndirici və ya dəri baxım yağını yumşaq hərəkətlərlə bol - bol tətbiq edin. Beləcə dəridəki yaşlıq məhsulun altında qalacaq, suyun buxarlaşıb itməsini maneə törədərək dərinin nəm və elastikliyini artıracaqsınız. 
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 19 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri