Şokoladlı üz maskası ilə dərinizi təzələyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 060
Səs ver:
(səs: 2)

Bu maskanın köməyi ilə dəriniz yenidən nəmlənəcək və özünü təzələməsinə köməkçi olacaq. Şokoladın içindəki zəngin flavanoidler dərinizin kolagen tarazlığını təmin edər və günəşin mənfi təsirlərini aradan qaldırar.

Şokolad maskası eyni zamanda dərinizdəki ölü hüceyrələri yox edəcək və üzdəki qırışıqlıqları aradan qaldıracaq. Bu da üzünüzə təbii bir parıltı qatacaq. Unutmayın, evdə hazırladığınız üz maskalarının vəsaitləri nə qədər təzə və təbii olsa, nəticələr bir o qədər təsirli olacaq.

Vəsaitlər

  • 1/3 su stəkan kakao
  • 3 çay qaşığı qatı krem
  • 2 çay qaşığı süzmə pendir
  • ¼ su stəkanı bal
  • 3 çay qaşığı yulaf əzməsi

Hazırlanması

Bütün vəsaitləri blenderdə qarışdırın. Qarışığı üzünüzə tətbiq etməzdən əvvəl 3-5 dəqiqə gözləyin. Maskanı üzünüzə və boyunuza incə bir təbəqə halında bərabər bir şəkildə sürtün. 10-20 dəqiqə gözlədikdən sonra ilıq suyla nəmləndirilmiş bir bezlə üzünüzü silin.

Digər bir maska:

  • 0,5 stəkan kakao
  • 1 x.q. süd kremi
  • 1 ç.q. bal

İstəsəniz içinə yulaf əzməsi, 1-2 damcı zeytun, badam yağı əlavə edə bilərsiniz.

Hazırlanması

Bütün vəsaitləri yaxşıca qarışdırıb üzünüzə, boyun, dekolte hissəsinə yaxşıca sürtün. İstəsəniz bütün bədəninizə sürtə bilərsiniz. 15 dəqiqə gözlədin sonra isə iliq su ilə yuyun. Dəriniz inanılmaz yumşaqlıq qazanacaq.

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri