Saç dərinizdən dodaqlarınıza, dizlərinizdən dirsəklərinizə qədər limonun yaratdığı möcüzələrə inana bilməyəcəksiniz. Saç dərisi üçün limon suyu, bal, zeytunyağı və hindqozu yağını qarışdırıb saç diblərinə çəkin. 10 dəqiqə gözlədib yuyun. Daha yumşaq bir dəri üçün isə bir parça limonu yatmadan əvvəl dərinin quru bölgələrinə çəkin və səhər qalxdığınızda yuyun.
Saç rəngini açar
Saç rənginizi açmaq üçün boyalar və ya kosmetik məhsullarını deyil təbii yolları seçin. Limon suyunu saç baxım spreyinizə əlavə edin və saç tutamlarına püskürdün. Günəşə çıxdığınızda təbii kölgələriniz olacaq.
Dişləri ağardar
Bahalı məhsullar yerinə limonu seçim edə bilərsiniz. Limon suyu və karbonatı qarışdıraraq diş pastası əldə edə bilərsiniz.
Dərini işıqlandırar
Mükəmməl bir dəriniz varsa və tünd ləkələr söz mövzusudursa, limonu təbii parladıcı olaraq istifadə edə bilərsiniz. Səhərlər üzünüzü yuduğunuz suya bir neçə damla limon əlavə edə bilərsiniz.
Dırnaqları qüvvətləndirər
Çox lak çəkirsinizsə aseton və lak səbəbiylə dırnaqlarınız gücsüzləşə bilər. Bir yemək qaşığı zeytunyağına bir neçə damla limon əlavə edin və qarışdırın. Bu qarışığı dırnaqlarınıza çəkin. Ən təsirlisi gecə yatmadan əvvəl tətbiq etmək və əlcək geymək olacaq. Səhər oyandığınızda əlləriniz yumşaq və dırnaqlarınız güclənmiş olacaq.
Yağlı dəriyə və qara nöqtələrə son
Limon dərinizdəki yağı əmər. Bir parça pambığa bir neçə damla limon suyu sıxın və yatmadan əvvəl tonik kimi dərinizi təmizləyin. Qara nöqtələr üçün isə yarım limon suyunu bal ilə qarışdırıb qara nöqtəli bölgəyə tətbiq edin. 5 dəqiqə gözləyib soyuq suyla yuyun.