Boyalı saçlara qulluq qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 017
Səs ver:
(səs: 1)
Saçlar xanımların gözəlliyinə gözəllik bəxş edir. Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görünür. Saçların təravətli görünməyi əks cinsin qəlbini fəth etmək üçün bir vasitədir.

Qədimdə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarla istənilən şəkildə saça malik olmaq imkanı verir.
Məlumdur ki, yaydan çıxmış saçlar indi çox solğun, rəngi bozarmış və cansız görünür. Saçları canlandırmaq, parıltı bəxş etmək və onları zədələmədən boyamaq qadınları narahat edən əsas problemlərdən biridir. Sirr deyil ki, qadınlar yayda saçlarını xüsusilə açıq rənglərdə boyayırlar. Axı məhz boya qadının görünüşünə, onun əhval-ruhiyyəsinə və bəzən də yaşından daha gənc görünməsinə səbəb olur.
Amma məsələ ondadır ki, bu zaman güclü kimyəvi tərkibi olan saç ağardıcıdan istifadə edilir ki, bu da saçın strukturunu dağıdır. Ona görə də saç boyalarını seçərkən çox diqqətli olmaz lazımdır. Məlumdur ki, saçlar boyandıqdan sonra az da olsa codlaşır, daranması çətinləşir.
Müasir texnologiyaların tətbiqi ilə hazırlanan yeni nəsil saç boyaları nəinki saçları boyayır, hətta boyandıqdan sonra onların qayğısına qalır, canlılıq, parlaqlıq bəxş edir. Asan daranmasına və daha çox parlamasına kömək edir. Bundan başqa, bu boyalar süni deyil, təbii rəng çalarları ilə o hər bir qadının arzusunu həyata keçirməyə, hər yaş dövrünə uyğun rənglər təqdim etməyə qadirdir.
Xanımlara tövsiyə edərdi ki, saçlarını boyadıqdan sonra  saçların yumşaqlığını bərpa edən, tərkibi müxtəlif faydalı yağlarla zəngin olan bu vasitələrdən istifadə etsinlər. Bununla da saçlar qidalanır, ətraf mühitin zərərlərindən müdafiə olunur.
Son illər mütəxəssislər bambuk yağından və ya tərkibindən bu yağ olan vasitələrdən istifadə etməyi tövsiyə edirlər.  Bambuk yağı Orta Afrikada ənənəvi kosmetik və qida yağı hesab olunur.
Bambuk ekstraktı saçlara müalicəvi təsir göstərərək onların canlanmasına kömək edir.  Unutmayən ki, stress, daim kimyəvi və fiziki neqativ faktorlar dərini, həmçinin  saç strukturunu zədələyir, onları quru və daha kövrək edir. Bambuk yağı isə zədələnmiş saç strukturunu bərpa edir, saç soğanı bəndlərini yaxşılaşdırır, saçları daha güclü və elastik edir.  Bambukdan hazırlanan maskalar hətta ən zədələnmiş saçları belə tam bərpa edir. Nəticə ilk istifadədən dərhal sonra özünü büruzə verir, mütəmadi istifadə isə öz təsirini daha da gücləndirir. Bundan başqa, bu maskalar saçlara dərhal ipəklik və inanılmaz parıltı bəxş edir. Saç düzümləri zamanı saçları tam müdafiə edərək saç düzümünün uzun müddət qalmasına kömək edir.
Qeyd edək ki, bambuk yağı 36 dərəcə temperaturda əriyir və onu masaj yağı kimi, efir yağları əlavə edərək də istifadə etmək olar. Bambuk yağı yalnız dəriyə deyil, həm də saçlara çox faydalıdır.
Məlumdur ki, fenlə edilən saç düzümü boyalı saçlara xüsusilə ziyan verir. Odur ki, saçlarınıza istirahət verməyi də unutmayın.  Bir də nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür. Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Saçlara qulluq yuyulmaqdan başlayır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz.
Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumağınıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra zərər çəkmiş saçlara da məsləhət görülür. Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.
Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionerlər isə yağlı saçlar üçün məsləhət görülür.
Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisi məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.
Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
- Saçı isti su ilə yumayın;
- Qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
- Hər gün saçların dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
- Saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
- Saçları gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir;
- Saçınızı ancaq sizin saç tipinizə uyğun olan şampunla yuyun;
- Saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
- Saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
- Unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri