Saçı tez uzadan maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 32 773
Səs ver:
(səs: 7)
Saçlarınız qısadır.  Uzanması üçün hər şey edirsiniz, ancaq heç bir nəticə əldə olunmursa, o zaman..
 
Saçınızın uzanmasını tezləşdirəcək təbii maskalar...
Ləvazimatlar: Badam yağı, hind qozu yağı, sarımsaq yağı, ilan yağı, buğda yağı və B vitamini. Şüşə banka götürün, yağlardan eyni miqdarda içinə əlavə edin. Bu qarışımı plastik qaşıqla qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza sürtün. Həftədə 1 dəfə təkrarlaya bilərsiniz.
 
Saçı uzadan digər maska üçün təzə gicitkən lazım olacaq. Təzə gicitkən otunu dəmləyib, onunla hər hamama girmədən əvvəl saçınızı yuyun. Gicitkən suyu ilə saçınızı yuduqdan sonra 15-20 dəqiqə gözləyin.
 
Saçları uzatmaq üçün digər bir maskanının tərkibi üçün susam yağı, badam yağı, hind qozu yağı və ilan yağı lazımdır. Şüşə qaba bu yağlardan əlavə edin. Bir az qarışdırdıqdan sonra saçlarınızın diblərini bu qarışımla masaj edin. Streç sellofanla saçlarınızı bağlayıb, 45 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə saçlarınızı yuyun.
 
2 xörək qaşığı miqdarında zeytun yağını bir qaba töküb isidin. Bir az isindikdən sonra saçınızın diblərinə çəkib masaj edin. Dəsmalla saçlarınızı bağlayın  və yarım saat gözləyin. Saçlarınızı ilıq su ilə yuyun.
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 32 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri