Uzun saçların ən böyük dezavantajı çox tez qırılmalar, ancaq həm uzun hemde dolğun və həcmli saçlara sahib ola bilərsiniz bunun üçün etməniz lazım olanlar
Dolğunlaşdırıcı şampunları
Həcm verən şampunlar saçın hər bir telinə təsir edərlər. Saçın hər ehtiyacına cavab verən dolğunlaşdırıcı şampunları istifadə edin.
Daha çox həcm
Saçınız quruyar qurumaz dərhal sönürsə, bir sonrakı yuduğunuzda, bir kürsüyə oturun və saçlarınızı dizlərinizin üstünə buraxın. Saçınızı, barmaqlarınızı daraq kimi istifadə edərək darayın və qurumağa yaxın saç qurutma maşınını istifadə edin. Saçlarınızı geriyə atdığınızda, saçlarınızın iki qatı həcm qazandığını görəcəksiniz.
Köpük yardımı
Həcm artırmaq üçün uyğun olan şəkilləndirici məhsul köpükdür və geniş qiymət variantları vardır.
Arxaya darama
Saçlarınızı bir az arxaya daramaq, qısa müddətdə həcm qazandıra bilər amma saçlarınıza nə qədər yükləndiyinizdə fərqində olun. Çünki çox yüklenirseniz saç telləriniz zərər görə bilər.
Tez həcm
Uzun saçlara həcm vermək üçün, dəsmal ilə qurulayın və saçlarınızı başınızın üstündə yığın və qalın bir rezin ilə bağlayın. Saç qurutma maşını ilə qurudun və daha sonra açın. Bu saçınıza tez həcm verəcək.