Uzun saç arzulayanlar üçün maska

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 13 183
Səs ver:
(səs: 5)
Saçlarımızı uzatmaq üçün əsasən kosmetik vasitələrə üstünlük veririk. Ancaq kosmetik vasitələr saçın qırılmasına səbəb olur. Təbii məhsullarla saçınızı tez və sağlam şəkildə uzada bilərsiz.

Kahı: 1 ədəd dilimlənmiş turp və 4 kahı yarpağını 1 litr suda qaynadıqdan sonra süzüb saçınıza sürtün. 1 saat saxladıqdan sonra durulayın. Kahının içində olan E vitamini sayəsində saçlarınız uzanacaq.

Badam yağı: Apteklərdə olan Bemiks ampulasını badam yağı və sarımsaq yağı ilə qarışdırın. Senna otunu 1 stəkan suda qaynatdıqdan sonra bu qarışıma əlavə edib saçlarınıza masaj edərək sürtün. 20 dəqiqə sonra durulayın. Həftədə 1 dəfə etməklə 1 ayda saçlarınızın tez uzanacağını görəcəksiz.

Alma sirkəsi: 2 stəkan kəklikotu qaynadılır. İçinə rozmari, 2 yemək qaşığı qədər zeytun yağı və 1 çay stəkanı alma sirkəsi əlavə edin. Saçınıza masaj edərək bu qarışımı sürtüb 45 dəqiqə sonra durulayın. Saç köklərini gücləndirib hüceyrələrin canlanmasına kömək edən bu qarışımla saçlarınız uzanacaq.

Turp: 1 turpu rəndələyib qaynayan suya atın. İçinə 3 kahı yarpağı əlavə edin. Qaynamaya başladıqdan sonra ocaqdan götürün. Süzdükdən sonra qalan suyu saçlara sürtülür. Həftədə bir dəfə edin.

Lavanda: Qaynamış suyun içinə lavanda qatın. Dəmləyin. Saçlarınızı yuduqdan sonra son olaraq bu su ilə saçlarınızı durulayın.  Həftədə iki dəfə edin.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 13 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri