Saçlarınız haqqında maraqlı məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 507
Səs ver:
(səs: 4)
Saça forma vermək həqiqətən ehtiyacımız olduğu zamanda çox çətin olur. Ümumiyyətlə, ən möhtəşəm forma aldıqları zamanlar duşa girmədən əvvəl, ya da bütün gün evdə olacağınız günlər olur. Bu gün sizlərlə saçlarımıza necə qulluq edəcəyimiz haqqında bilgilərlə tanış olacağıq.

Bir az kölgə!
Saçlarınızda açıq tonların da olmasını istəyirsiniz? O zaman bunun həlli sadədir! Bir kasaya limon suyunu sıxdıqdan sonra təmiz darağı bu suya batıraraq saçınızı yüngülcə darayın. Ardından təxminən 45 dəqiqə ərzində günəşdə gözləmək lazımdır. Limon suyu saçınızın rəngini çıxaracaq. Bu əməliyyatı həftədə ən az 2 dəfə təkrarlamağı unutmayın!

Elektriklənməyin önünə keçin!
Əvvəlcə bunun üçün qurutma mərhələsinə diqqətli olmaq lazımdır. Saçlarınızı qurudarkən dibdən uca doğru hərəkətlərlə qurutmalısınız. Saçlarınız sulu olarkən qətiyyən daramayın.

Xırda saçlarla savaş!
Saçlarınızı yığdığınızda sağdan, soldan çıxan xırda saçlarınızdan bezmisiniz? Tək etməniz lazım olan təmiz diş fırçanıza bir az saç spreyi sıxmaq və onları geri daramaqdır!

Sizə ipək yaraşar!
Saçlarınızın dolaşmasında, ya da qırılmasında yastıq üzlərinizin belə təsiri olduğunu bilirsinizmi? Əgər yastıq örtüyü seçiminizi ipəkdən seçsəniz, saçlarınız daha az qırılacaq və səhər oyandığınızda daha düzgün saçlara sahib olacaqsınız!

Qara saça quru şampun!
Quru şampunu hələ bilməyənlər varsa, burdan baxıb öyrənə bilərsiniz.
2 xörək qaşığı kakao, 2 xörək qaşığı qarğıdalı nişastası və 2 xörək qaşığı darçını qarışdırıb saç diblərinizə çəkin.

Dümdüz saç!
Əgər saçınızı düzləşdirərkən çox ziyan görməsin deyə istilik dərəcəsini aşağı tutursunuzsa, bu da saçı həddindən daha çox xarab edər. Bu səbəblə istilik dərəcəsini yüksəldib bir dəfəyə istədiyiniz nəticəyə çatmaq ən məntiqlisi olacaqdır!
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri