Yayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 949
Səs ver:
(səs: 2)
1. Havalar çox qızmadan saç fenindən istifadəni azaldın
İsinməyə başlayan havalar saçların da daha çox və sürətlə qurumasına, kövrək quruluşa malik olmasına və solğun görünüş qazanmasına səbəb olur. Hava temperaturunun və havadakı nəm nisbətinin artmağa başladığı yayın ilk ayında saçqurutma cihazından mümkün qədər uzaq durulmalı, daha az fendən istifadə etməli və saça itirdiyi nəmliyi qaytarmaq üçün qulluq məqsədli prosedurlar aparılmalıdır.

2. Saç rənginizi qoruyun
Yay ayları ilə birlikdə hovuz və dənizə girmə halları da artır. Xüsusilə təbii olmayan və qoruyucu maddələrin sıxlıqla istifadə olunduğu hovuz suyu saçın kimyəvi tərkibini pozur, rəngini açır və saçlara zərər verir. Hovuzun bu zərərli təsirlərindən qorunmaq üçün yayın əvvəlində saçlara xüsusi qulluq olunmalı, həm saçın sağlamlığı, həm də canlı rəngini saxlaması zəmanət altına alınmalıdır.

3. Qidalanmanıza diqqət edin
Sağlam saçlara sahib olmaq sadəcə müntəzəm qulluq və  kənardan tətbiq olunacaq vasitələrlə mümkün deyil. Canlı, parlaq və gur saçlar üçün nizamlı və sağlam qidalanma da bir o qədər əhəmiyyətlidir. Bunun üçün saçın ehtiyacı olan vitamin, mineral, amin turşusu, protein və yağlarla zəngin qidalara üstünlük verilməlidir.

4. Yuxunuzdan qalmayın
Yuxu bədənin özünü dincəltməsi və gərəkli enerjini yenidən toplaması üçün ən önəmli amillərdən biridir. Nizamlı və bölünməyən yuxu sağlam saçlar üçün də əhəmiyyətlidir.

5. Stressdən uzaq durun
Stress qadınların və kişilərin günümüzdə ən böyük problemlərindən biri olan saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yaz yorğunluğu, yaz depressiyası kimi fərqli səbəblərlə ortaya çıxan stress yay aylarında saç sağlamlığına da mənfi təsir göstərir. Bu səbəblə yaya daha sağlam və canlı saçlarla girmək üçün stressdən uzaq durmanız lazımdır.

6. Şampun seçiminə diqqət
Yaz ayları da daxil olmaqla yay ərzində istifadə olunan şampunları seçərkən daha diqqətli olmaq lazımdır. Saç növləri və quruluşları bir-birindən fərqli olduğu üçün şampun seçimində də saçın rəngini, növünü, keyfiyyətini və təbii strukturunu nəzərə alaraq qərar vermək lazımdır.  Saçlarınızı kənar təsirlərdən qoruyan məhsullara üstünlük verə bilərsiniz. Saç dərisinə güc və canlılıq qazandıran, spesifik anti-DHT, antioksidant və anti-iltihabi təsirlərə malik şampunlardan istifadə etmək tövsiyə edilir.

7. Saçlarınızı yuma zamanını dəyişdirin
Yazda və yayda istifadə etdiyiniz şampun və saça qulluq vasitələrindən daha yüksək səviyyədə fayda əldə etmək üçün saçlarınızı axşam yumaq məsləhətdir. Bu halda saçı günəş işığı, toz, isti hava kimi təsirlərdən qoruyaraq daha az elektriklənməsini təmin edə və daha dalğalı, həcmli, parlaq və canlı saçlara qovuşa bilərsiniz.

8. Yayın əvvəlində saçlarınızı kəsdirin
Saç telləri uzandıqca qırılma, zəifləmə və tutqunlaşma səviyyəsi də artır. Saç tellərindəki qırılmalar və haçalanmalar uclardan başlayaraq ən üst nöqtəyə qədər çata bilir. Bunun üçün ilk əvvəl saç ustasına müraciət edərək qırılan hissələri götürməli, saçlarınızı kəsdirməli və saçınızın uzunluğunu sağlam hissələrə qədər qısaltmalısınız.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri