Saç tipinizə ən uyğun daraq seçimini necə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 262
Səs ver:
(səs: 2)
Düzgün daraq seçimi saçlarınızın sağlamlığı üçün zənn etdiyinizdən daha önəmlidir.Əks halda yanlış daraq seçimi həm saçınızda qırıqlar və saçqıranların yaranmasına səbəb olacaq, həm də saçlarınızı daramağınız gərəyindən artıq zaman alacaq.Saç tipinizə uyğun darağı müəyyən etməyiniz saçlarınızın zədələnməsinin qarşısını alacaq və daranmanı da olduqca asan edəcək.

Buruq saçlar üçün daraq seçimi:
Buruq saçları iri dişli və dişlərinin arasındakı aralıqların böyük olduğu daraqlarla daramaq lazımdır.Əgər saçlarınız buruqdursa darayarkən saç kremindən istifadə etmək daranmanı asanlaşdıracaq.Nəzərə almaq lazımdır ki, buruq saçları quru olduğu zaman daramaq demək olar ki, qeyri mümkündür.Buna görə də çalışın ki, saçlarınızı nəmli ikən darayasınız.

Kəpəklənən saçlar üçün daraq seçimi:
Kəpəkli saçlar üçün daraq seçimi edərkən yuvarlaq uclu daraqlar almağa diqqət edin.Çünki iti ucluqlu daraqlar baş dərinizə zərər verəcəyi üçün daha çox kəpəklənmələrə səbəb olacaq.

Elektriklənən saçlar üçün daraq seçimi:
Elektriklənən saçlar bəzən darayarkən olduqca narahatedici ola bilir.Saçı elektriklənən xanımlar bu cansıxıcı vəziyyət ilə yaxşı tanışdır.Ancaq bunun çox asan çıxış yolu var.Elektriklənən saçlar üçün daraq seçimi edərkən seçiminizi taxta daraqlardan yana etmək problemin aradan qalxmasına kömək edəcək.

Cansız saçlar üçün daraq seçimi:
Cansız saçlar üçün sərt dişli (məs: metal) və dişlərinin arasındakı məsafələrin böyük olduğu daraqlardan istifadə edin.Saçlarınızı önə doğru darayaraq həcm qazandırın.

Uzun saçlar üçün daraq seçimi:
Uzun saçlı xanımların daraq seçimi edərkən diqqət etməli olduğu ilk məqam seyrək dişli daraqlara üstünlük verməkdir.Həmçinin plastik daraqlar uzun saçları elektrikləndirdiyi üçün belə daraqlardan istifadə etməməyə çalışın.

Gur və həcmli saçlar üçün daraq seçimi:
Gur saçları daramaq üçün böyük,fırça formasında olan çox dişli daraqlardan istifadə etməkdə yarar var.Fırça formasında olan çox dişli daraqlar saçlarınızı qısa müddətdə daramaq üçün idealdır.

Həcər İsmayılova
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri