Cansız saçların ən əsas səbəbi saçları kimyəvi maddələrlə açmaq və ammonyaklı boyalarla yandırmaqdır.
Saçda niyə qırıq olur?
Boya, perma kimi kimyəvi təsirlərin daha tez-tez təkrarlanması, saç
quruducu və düzləşdiricilərin daha çox istifadəsi, davamlı olaraq və
eyni biçimdə saçların arxaya doğru yığılması, saç yığılarkən çox sıx
rezin istifadəsi, saça uyğun olmayan saç baxım məhsullarının istifadəsi
kimi faktorlar saçların quruyub cansızlaşmasına səbəb olur. Bu da
saçların daha çox qırılmasına gətirir.
Genetik olaraq quru və qıvrım saçlı insanlar saçlarının daha tez-tez
qırıldığından şikayətlənir. Belə insanların da saçlarına qarşı həssas
olmazı lazımdır.
Saça hansı alətlərlə forma vermək qırıqları azaldır?
Saçları çox fırçalamamaq lazımdır. İstifadə etdiyiniz daraq və fırçanın
dairəvi uclu olmasına diqqət yetirin. Saçlara forma vermək üçün
istifadə etdiyiniz quruducu və düzləşdirici fenlər –saçlara isti hava
ilə forma verdiyindən, saçların həddindən artıq qurumasına və qırıqların
artmasına yol açır. Heç bir halda saçlarınızı yaş ikən fırçalamayın.
Əgər saçlarınız dolaşırsa yavaş-yavaş ucdan başlayıb yuxarıya doğru,
geniş dişli daraq və ya barmaqlarınızla açmalısınız.
Saçı kəsdirmək qırıq probleminə çarədirmi?
Saçları bəlli zamanlarda kəsdirmək qırıq problemini tək başına həll
etməz. İki-üç ayda bir saçların ucundan bir neçə sm kəsdirilməsi
məsləhətdir. Belə olan təqdirdə saç ucunda meydana gələn qırıqlardan
xilas ola bilərsiz, amma bu yeni qırıqların əmələ gəlməsinin qarşısını
almaz.Yeni qırıqların əmələ gəlməməsi üçün saçınıza zərər vuran
əməliyyatlardan uzaq durun.
Saç ucları üçün duş qəbulundan sonra qidalandırıcı kremlər istifadə
etməlisiz. Saçların orta hissəsindəki qırıqlar adətən rezinlərdən və
saçınızı sıx yığmanızdan qaynaqlanır. Buna fürsət verməmək üçün mümkün
qədər saçları boş yığmaq, ya da açıq qoymaq lazımdır.
sac-bakimi03Qırıqların əmələ gəlməməsi üçün nə etməliyik?
Saçlarınızı nəmli ikən daramaq daha faydalıdır. Quruduqdan sonra
daramaq saçların daha tez qırılmasına səbəb ola bilər. Geniş dişli və
dişlərinin ucu dairəvi olan daraqlardan istifadə etmək lazımdır. Saçları
fırçalamaq istəyirsinizsə, ilk öncə daraqla açdıqdan sonra fırçalamaq
daha sağlam olacaqdır. Heç vaxt saçlarınız nəm ikən fırçalamayın. Əks
təqdirdə, qırılma ehtimalı daha çox olacaq. Saçlarınızı darayıb arxaya
doğru sıx yığmamalısınız.
Saçlarınızı hər gün eyni istiqamətə daramaqdan çəkinin. Davamlı olaraq
eyni istiqamətdə daramaq, saç köklərinin zədələnməsinə səbəb olur.
Fərqli istiqamətlərdə saçlarınızı darayaraq saç köklərinizin daha canlı
qalmasını təmin edə bilərsiniz.
Saçlarınızı qidalandırıb elastikliyini artıracaq və qırılmasının
qarşısını alacaq saç baxım məhsulları istifadə etməlisiniz. Məsələn,
jojoba yağının saçları qidalandıran təsiri vardır. Jojoba tərkibli
şampun və kremlərə üstünlük verməlisiniz. Şampun alarkən tərkibində
spirt olmamasına diqqət yetirin. Spirt bütün dərini və saçları qurudan
bir maddədir. Quruluq da qırılmanın ən birinci səbəblərindəndir.
Jele, sprey kimi məhsulların tərkibində spirt olduğundan belə
məhsulları çox istifadə etməmək lazımdır, əgər istifadə edirsinizsə, gün
ərzində saçları yuyub təmizləmək lazımdır.
Saç qırıqları üçün saça necə qulluq etməliyik?
Saçların hansı dərəcədə zədələnməsindən asılı olaraq günlük, həftəlik,
ya da aylıq baxımlar tətbiq edə bilərsiniz. Günlük baxımlarda saçın
tipinə görə şampun və ardından dayanıqlılığı artıran kremlərdən istifadə
etmək lazımdır. Belə kremlər saçların ətrafında qoruyucu təbəqə
yaradaraq elastikliyini artırır.
Həftədə bir dəfə isti bitki yağı ilə saç diblərinə masaj edilə bilər.
Zeytun yağı, küncüt yağı, qaysı yağı, hind qozu yağı kimi bəzi yağların
tərkibində esensiyalı yağ turşuları var. Bunlar saçlarınıza təsir edərək
dayanaqlılığını artırır. Belə yağları saçınıza masajla tətbiq edərək
dəsmala sarıb sabaha qədər saxlayarsınızsa, saçın diblərinə və saç
tellərinə daha yaxşı nüfuz edər. Saç ertəsi günü yuyula bilər.
Bəzi şampunların tərkibində təbii nəmləndiricilər olur və saçın təbii
balansını qorumağa kömək edir. Xüsusilə də qarğıdalı, düyü, buğda
tərkibli şampunlar bu cəhətdən daha faydalıdır.
Vazelinli məhsullardan və xolesterol tərkibli məhsullardan
yayınmalısınız. Saça forma vermək üçün istifadə edilən jele, köpük və
spreylərin çoxusunun tərkibində spirt var. Saçı qurudaraq qırıqların
əmələ gəlməsinə səbəb olduğundan çox istifadə etməyin, istifadə
etdiyiniz təqdirdə isə saçı gün ərzində yumaq məsləhətdir.
1.Saçlarım gücünü itirib? Çox tez qırılır. Saç dərim də çox qurudur və kəpək problemim var. Sizcə necə qidalanmalıyam?
Bu cür vəziyyətdə saç dərinizin sağlamlığını geri qazanmaq üçün A
vitamini qəbul etmək lazımdır. A vitamini sağlam saç dərisi üçün çox
faydalıdır. Xüsusilə də yumurta, buğda, qoz, göbələk və avakadoda bol
miqdarda olan A vitamini saç dərinizin sağlamlığına qovuşmasında təsirli
olacaqdır.
sac-bakimi042. Saçlarım çox mat və solğun görünür. Sizcə nə etməliyəm?
Saçlarınızın mat və solğun görünməsi bədəninizdəki B1 Və B2
vitaminlərinin çatışmamasından qaynaqlana bilər. Bu vitaminlər hormon
balansı üçün çox vacibdir. Saçlarınızın və dırnaqlarınızın sağlam
uzanması üçün B1 və B2 vitaminlərini xüsusilə qəbul etməlisiniz.
B1 vitamini üçün çuğundur, paxla, ispanaq, fındıq yeyə bilərsiniz. B2
vitamini üçün süd və süd məhsulları, buğda unundan hazırlanmış çörək və
badam yeyə bilərsiniz.
3.Saçlarım çox erkən yaşlarda ağarmağa başladı. Bu müddəti necə yavaşlada bilərəm?
Biotin saçdakı rəng piqmentlərinin qorunmasına köməkçidir. Balıq,
kələm, kahı, pomidor və qreyfrutda bol miqdarda olan biotin sayəsində
ağarma müddətini yavaşlada bilərsiniz.
4.Saçlarım çox donuq görünür. Çox cansızdır və asanlıqla qopur. Nə məsləhət görürsünüz?
Saç sağlamlığı üçün vitaminlər qədər əhəmiyyətli olan digər bir ünsür
minerallardır. Dəmir çatışmazlığı bəhs edilən problemə səbəb ola bilər.
Dəmir qana qırmızı rəngi verən hemoqlabin üçün lazım olan oksigen və
karbondioksidi hüceyrə daxilinə və xaricinə daşıyır.Yəni,
hüceyrələrimizin yenilənməsi və qidalanması üçün çox kritik rol oynayır.
Bu səbəblə saçınızın yenilənərək güclənməsi üçün kifayət qədər dəmir
qəbul etmək lazımdır. Quru meyvələr, xüsusilə, quru üzüm və quru ərik
dəmirlə çox zəngindir.