Gündəlik saç baxımı necə olmalıdır?

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 4 278
Səs ver:
(səs: 3)
Saçlar, xüsusilə qadınların gözəlliklərini ortaya çıxaran ən təsirli vasitələrdən biridir. Bu səbəbdən gündəlik saç baxımı qadınlar üçün çox vacibdir.

Trixoloqların verdiyi məlumatlara görə normal olaraq insan gündəlik 80 – 100 ədəd saç  teli itirir. Ancaq yaşın irəliləməsi, qadınlarda doğum, sıx stress v.s. kimi faktorlar gənc yaşlarda bu miqdarın artmasına və saçların seyrəlməsinə səbəb olur. Bu səbədən gündəlik saç baxımı mütləqdir.

Əlbəttə, indiki vaxtda bu vəziyyətin qarşısını almaq üçün  müxtəlif üsullar mövcuddur. Ən effektiv üsul bitki mənşəli yağlardan istifadə edərək saçların gücləndirilməsini təmin etməkdir. Bitki mənşəli  yağlar ilə saçlarınıza edəcəyiniz gündəlik qulluq son dərəcə əhəmiyyətlidir.

Saç baxımı üçün təsirli yağlar bunlardır:
Hind yağı: İncə və qırılmağa meylli saçların baxımında çox təsirlidir.
Kakao yağı: Xüsusilə tünd rəng saçların canlılıq və parlaqlıq qazanmasında mühüm rol oynayır.
Badam yağı: Saçların tez uzanmasında və güclənməsində sürətli təsir təmin edir. Bu üç yağı birləşdirilərək gündəlik saç baxımı üçün istifadə edilməsi son dərəcə əhəmiyyətlidir.

Bu maska nəinki saçlarınıza canlılıq və parlaqlıq qazandıracaq, həm də qırılma kimi problemlərin qarşısını da alacaq.
Bundan əlavə saçların gündəlik baxımı üçün bu qaydalara riayət etməyiniz vacibdir:
Gün içərisində saçlarınızı çox tez-tez daramayın. Əks halda saçlarınızın qırılmasına və codlaşmasına səbəb olarsız.
Şampununuzu tez- tez  dəyişdirməyin. Əks halda saçlarınızın yağlanmasına və tökülməsinə şərait yaradacaqsınız.
Saçlarınızın gündəlik baxımı üçün bir vitamin alın və bəslənməsini təmin edin.
Saçlarınızı sıx bir şəkildə toplamayın. Bu şəkildə tez qırılmasına səbəb ola bilərsiniz.
Keyfiyyətli və bitki mənşəli saç baxım məhsullarını və şampunlarını seçin. Kimyəvi nisbəti yüksək, keyfiyyətsiz məhsullar saçlarınızın qurumasına və canlılığını itirməsinə səbəb olacaq.
Tez-tez düzləşdirici və fen aləti kimi saçlara istilik verən alətlər istifadə edərək saçlarınıza zərər verməyin.
Saçlarınızı tez-tez rəngləməyin. Saçlarınızın çox ziyan görməməsi üçün  bir rəngləmənin ardından ən azı 4 ay keçməsini gözləyin. Bu təklifləri nəzrə alsanız  siz də sağlam və cazibədar saçlara sahib ola bilərsiniz.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri