Qısa zamanda uzun saçlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 3 673
Səs ver:
(səs: 4)
Saçlarının uzanmadığından, bərk və cansız görüntüsündən şikayət edən xanımlar adətən bir çox üsula əl atır. Əsasən də rəng açıcıların geridə buraxdığı yanmış saçlar üçün bahalı şampun, baxım kremləri və müxtəlif yağlardan istifadə edirlər.
Sizlərə bu zamana kimi saç uzatmağın ən sadə və rahat yolunu təqdim edirik.

Hazırlanması və istifadə qaydası:
Bunun üçün cəmi 1 orta böyüklükdə soğan və 1 diş sarımsaq lazımdır. Soğan və sarımsağı soyub 2 və ya 4 yerə bölüb qazana atın. Daha sonra üzərinə 2 stəkan su töküb qaynamasını gözləyin. Su qaynadıqdan sonra kənara qoyub soyumasını gözləyin və alınan məhlulu süzün. Məhlulu ilıq halda saçlarınızın ucundan dibinə kimi masajla tətbiq edin. Daha sonra saçlarınızı yuxarıdan toplayın 1 və ya 2 saat gözlədin. Süzülən məhlul bədəninizə dəyməsin deyə boynunuzun arxasına bir dəsmal ata bilərsiniz. Gözləmə müddəti başa çatdıqdan sonra saçınızı bir dəfə şampunlamaq şərti ilə təmizləyin.
Qeyd: Bu maska mütləq təmiz saçlara tətbiq edilməlidir.
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 3 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri