Saça qulluq üçün hindqozu südünün istifadəsi: faydası və reseptlər

Şərhlər: 3
Baxılıb: 1 712
Səs ver:
(səs: 2)
Hindqozu istənilən mətbəx üçün əla tapıntıdır. Siz hindqozunu marketlərdə süd, su, un, yağ və meyvə şəklində tapa bilərsiniz. Eyni zamanda kosmetik mağazalarda da hindqozuna yağ və süd formasında rast gəlmək olur.Keçən yazılarımızda hindqozu yağının saçlara, dəriyə faydasından yazıb və xeyrini görə biləcəyiniz reseptlər təqdim etmişdik. Bu dəfə isə sizə hindqozu südündən, istifadəsindən və onun saçlara faydasından yazırıq, reseptlər də təqdim edirik.
Hindqozu südü meyvəni qızardıb daha sonra qaynar suya salınması ilə alınır. Südün tərkibindəki vitamin və minerallar saçlarınız üçün super qidadır. O təkbaşına saçınızın uzanması, nəmlənməsi və kondisionerə olan ehtiyacları üçün idealdır. Hindqozu südünü siz soyuducuya qoymamış 4-5 gün, buzxanaya qoyaraq isə 2 ay istifadə edə bilərsiniz. Keçək əsas məsələyə. Deyək ki, hindqozu südünü aldınız, bəs onu necə istifadə etməlisiniz?
 
Hər şey sizin saçınızın növündən və saçlarınızla nə etmək istədiyinizdən aslıdır. Siz saçlarınızın dibinə qulluq kimi hindqozu südündən şampun kimi, saçlarınızın uzanması, tökülməsinin və diblərin qurumasının qarşısını almaq, nəmləndirmək, parıldatmaq üçün isə kondisioner kimi istifadə edə bilərsiniz. Sadəcə edəcəyiniz iş istifadə etdiyiniz vasitələrə hindqozu südünü əlavə etməyinizdir. Əgər bunları etmək istəmirsinizsə, sırf hindqozu südünü təbii reseptlərlə istifadə etmək istəyirsinizsə bunun üçün də sizə ipucları veririk. 

Hindqozu südü şampun kimi
Hindqozu südünü şampun kimi istifadə etmək üçün sizə 1.5 stəkan hindqozu südü lazımdır. Daha sonra onu ¾ fincan zeytun yağlı sabunla qarışdırın və 1 x.q. E vitamini yağı əlavə edin. Alınan təbii şampunu digər şampunlarınızdan fərqli olaraq soyuducuda saxlayaraq bir ay istifadə edə bilərsiniz.
 
Hindqozu südü kondisioner kimi
Saçlarınızı yaxalamaq üçün kondisioner
Bu qarışım üçün sizə 2 x.q. hindqozu südü lazımdır. Sonra hər hansı bir kondisioner 2 x.q  və 2 x.q. da istənilən faydalı yağ götürün. Südlə bunları qarışdırın. Və saçlarınızı şampunlayıb bitirdikdən sonra bu qarışımdan istifadə edə bilərsiniz.
 
Sprey kondisioner
Bunun üçün ¼ fincan distillə edilmiş su ilə dolu sprey üçün istifadə edilən qabın içinə 1 x.q. hindqqozu südü, 1 x.q. hindqozu və ya E vitamini yağı, 10 damcı da hər hansı bir efir yağı əlavə edin. Daha sonra saçlarınızın sürətli yenilənməsi üçün hər gün istifadə edə bilərsiniz. 

Quru saç dəriləri üçün hindqozu südü
Bunun üçün ½ fincan hindqozu südünü qızıdırın və 30 dəqiqə isti-isti saç diblərinizi masaj edin. Daha sonra saçlarınızı yaxalaya bilərsiniz.

Dolaşıq saçları açmaq üçün hindqozu südü
Dolaşmış saçlarınızı açmaq və rahat daramaq üçün bir az hindqozu südünü saçınıza əlavə edin və barmaqlarınızla onu tam şəkildə saçınıza tətbiq edin. Daha sonra iri dişli fırça daraq ilə saçınızı darayın. Yaxşı nəticə əladə etmək üçün südə bir az şi yağı və ya başqa faydalı yağ əlavə edə bilərsiniz.

Saçlarınızın uzanması üçün hindqozu südü
Saçlarınızın tez uzanması üçün əvvəlcə yuxarıda qeyd etdiyimiz kimi, saçlarınızın dolaşığını açın, yaxşıca darayın. Yaxşı nəticə əldə etmək üçün pambığı hindqozu südünə batırıb saçlarınızın dibinə tətbiq edin. Daha sonra südü qızıdırın və saçlarınızı masaj edin. Beləliklə, hindqozu südü 4-5 saat içində saçlarınızın dibinə tam şəkildə təmas edəcək. Bütün bunlardan sonra saçlarınızı bizim təqdim etdiyimiz reseptlə düzəltdiyiniz şampunla və ya hər hansı bir sevimli şampununuzla yuya, kondisionerlə yaxalaya bilərsiniz. Bunu mütəmadi təkrar etsəniz uzun və parlaq saçlara sahib olacaqsınız. Hindqozu südü hindqozu yağı qədər məşhur olmasa da, amma ən az onun qədər faydalıdır və yoxlamağa dəyər məhsuldur.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri