Xüsusilə
mövsüm dəyişikliləri və ya ekstra soyuq-istidə təsirlənən saçlarınızı
nəzarət altında saxlamaq istəyirsiniz? O zaman mütəxəssislərimizin
məsləhətlərinə qulaq asın.
Qışın
gətirdiyi sərt hava, fendən istifadə və saçların yüksək istilikdə
qurudulması qırılma kimi problemlər yaradır. Havanın quru olması saçın
nəmsiz qalmasına, qurumasına, qabarmasına və elektrikləşməsinə gətirib
çıxarır. Xüsusilə rənglənmiş saçların nəm itirməsi ilə
yanaşı zədələnməsi də artır. Məşhur saç terapistləri vücud kimi saçların
da detoksa ehtiyacı olduğunu bildirirlər. Mütəxəssislərin fikirlərindən
yararlanaraq Foxy bəzi məsləhətləri təqdim edir:
Saç detoksu saç dərisinin təmizlənməsi və saç örtüklərinin dərindən təmizlənməsinə şərait yaradan anti-aging proqramıdır.
Saçlar üçün 10 qızıl qayda
1.
Hər dəfə saçı yuduqdan sonra nəmi saxlaması, daha yaxşı daranması və
zədələnməni azaltmaq üçün mütləq saç kremi istifadə edin.
2. Həftədə 1-2 dəfə saç maskası istifadə edin.
3. Yuduqdan sonra durulmadan kremlərə üstünlük verin.
4. Plastik daraq əvəzi taxta daraqdan istifadə edin.
5. Sintetika, akril elektriklənməni artırır. Pambıq geyimlər istifadə edin.
6. Quru saça şəkilləndirmə etməyin, saçı nəmliykən darayın.
7. Yağlanma, kəpək, saç dərisi problemlərinin artdığını nəzərə alaraq saç dərisinə uyğun şampundan istifadə edin.
8. Qışda diblərə rəng qoymağınız məsləhətdir. Bütün saçlara boyanı 3-4 ayda bir dəfə edin.
9. Tez-tez saç uclarını kəsin.
10. D vitaminini əvəzləmək üçün balıq yağı, kərə yağı, yumurta sarısı, süd və süd məhsulları yeyin.