Saçlarınızın tökülməsinin qarşısını sinklə alın

Şərhlər: 3
Baxılıb: 2 679
Səs ver:
(səs: 1)
Hər gün müəyyən miqdarda saç tökülməsi normal haldır. Gün ərzində normal insan 50 - 100 arası saç teli itirə bilər. Amma bundan artığı olarsa demək ki, vəziyyət ciddidir. Bu vəziyyət iki ay davam edərsə artıq bu xəstəliyin xəbərçisidir. Saç tökülməsinə səbəb hormonal dəyişiklik, düzgün olmayan  pəhriz və qidalanma, stress, əsəb, yaşlanma, kimya terapiyalar, vitamin və mineral çatışmazlığı ola bilər. Amma ən böyük səbəb məhz mineral çatışmazlığıdır. Bu mineralların başında isə sink gəlir.  

Saçlarımız və sink
Sink orqanizmdə hüceyrələri və toxumaları yeniləyən mineraldır. Eyni zamanda da saç köklərindəki yağların miqdarını da normada saxlayaraq saçların tökülməsinin qarşısını alır. Buna görə də saçların sağlamlığı üçün sink olmazsa olmaz minerallardandır.

Sink çatışmazlığını necə anlamalı?
Sink çatışmazlığı özünü ən çox saçların tökülməsində, dırnaqlarda ağ nöqtələrin yaranmasında və qırılmasında, ishalda, dəridə sızanaqların yaranmasında, cinsi istəyin azalmasında, iştahın azalmasında və yuxusuzluqda göstərə bilir. Bunu anlamaq üçün qan analizi ilə qanda sinkin dəyərini bilmək lazımdır. Qanda sinkin miqdarı 60 mikroqram olmalıdır. 

Sinkin çox olduğu qidalar
Yetişkin insan gündə 11 mq sink qəbul etməlidir. Sink gündəlik yediyimiz hər bir qidada müəyyən miqdarda var, amma daha çox  bu qidalarda rast gəlmək olar:
• Qırmızı ət
• Ciyər
• Toyuq əti
• Buğda
• Boranı tumu
• Yumurta
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri