Saçların çox tökülməsi hansı xəstəliyin səbəbidir?

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 5 180
Səs ver:
(səs: 1)
Fəsil dəyişiklikləri zamanı saçlar tökülə bilər. Sağlam insan gün ərzində 100 ədədə yaxın saç teli itirir. Ancaq saç tökülməsi 2 aydan artıq davam edirsə, artıq bir sıra xəstəliklərdən şübhələnməlisiniz. 
 
Tiroid vəzlərinin yavaş işləməsi
Tiroid vəzinin həddən artıq zəif işləməsi və lazımi hormonları az istehsal etməsi saçların tökülməsinə səbəb ola bilər. Belə halda saç yenidən çıxmır, yəni saçın kökləri quruyur. Bu səbəbdən, uzun müddət davam edən saç tökülməsi zamanı mütləq mütəxəssisə müraciət edərək səbəb aydınlaşdırılmalıdır. 
 
Dəmir çatışmazlığı
Dəmir çatışmazlığından əziyyət çəkən qadınların 70 faizində saç tökülməsi müşahidə edilir. Bunun qarşısını almaq üçün dəmirlə zəngin qidalar yemək lazımdır. Qırmızı ət və yumurta mütləq gündəlik menyuya daxil edilməlidir.
 
Sink və D vitamin
Sink və D vitamin çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Həmçinin, B12 vitamini və fol turşuları da bu baxımdan əhəmiyyət kəsb edir. Düzgün qidalanmadıqda orqanizmdə bu vitaminlər və minerallar azlıq təşkil edir, bu da saç köklərinin qidalanmaması ilə nəticələnir. 
 
Odur ki, 2 aydan artıq davam edən saç tökülməsi zamanı mütləq həkimə müracit edib problemi müəyyənləşdirməli və müalicəyə başlamalısınız.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri