Ulduzsayağı trend: balerina toppuzu

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 889
Səs ver:
(səs: 1)
Klassik balerina toppuzunun dəbdən düşdüyünü düşünürsünüzsə, yanılırsınız. Dünya ulduzları öz timsalında sübut edir ki, belə saç düzümü bütün dövrlərdə aktualdır.
 
Balerina toppuzu boynun zərifliyini vurğulayır və qadını olduqca cəlbedici göstərir. Belə saç düzümünün üstünlüyü bununla bitmir. Balerina toppuzunun ciddi iş geyimi, həm də ziyafət paltarıyla uyğunlaşdırmaq olar.
 
Balerina toppuz saç modelinin bir neçə variantı mövcuddur: tarım yığılmış, bir qədər dağınıq, aşağıda yığılmış toppuz və hörüklü variantları. Stilistlər bildirir ki, bu il dağınıq variantı dəbdə olacaq. Toppuzun dağınıq və həcmli alınması üçün saçları əvvəlcədən hörüb yatmaq məsləhət görülür. Toppuz saç düzümünü yığmaq üçün xüsusi rezinlər və saç broşları satılır. Onların sayəsində saç dağılmır və uzun müddət səliqəli qalır. İdeal yumruluğu əldə etmək təkcə cəldlik və əl qabiliyyətində deyil, həm də xüsusi rezində gizlənib. Odur ki, rezinin qalınlığına diqqət edin.
 
Toppuz hissəsini bərkitmək üçün saç sancaqları və maşalar lazım olacaq. Əhval-ruhiyyəyə uyğun olaraq saç aksessuarlarından da istifadə eləmək olar. Belə aksessuarlar, broşlar və ya güllər balerina saç düzümünə xüsusi gözəllik qatır. Darıxdırıcı görünməmək üçün sonda makiyajı moruq rəngli pomada ilə tamamlayın.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri