Mükəmməl saçlar üçün 5 qızıl məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 120
Səs ver:
(səs: 3)
Güclü saçlara sahib olmaq hər bir xanımın arzusudur. Əslində hər bir kəs saçlarına düzgün qulluq etməklə mükəmməl saçlara sahib ola bilər. Bunun üçün baş dərisinin sağlam olması kifayətdir. Bəs dərinizin sağlamlığını necə təmin edə bilərsiniz? Bu suala cavab tapmaq üçün məqaləmizi diqqətlə oxuyun.

1. Sulfat şampun və başqa saç məhsullarının köpüklənməsinə kömək edən maddədir. Və eyni zamanda da baş dərimizin qurumasına və qabıqlanmasına şərait yaradan maddədir. Şampunlar dərinizin yağ balansını pozur və beləliklə saçlarınız daha çox yağlanmağa başlayır. Demək ki, saçlarınızı bacardığınız qədər gec-gec yumalısınız. Tərkibində sulfat olmayan şampunlar istifadə etməklə baş dərinizin qurumasının və qabıqlanmasının qarşısını almış olursunuz.
 
2.Saçlarınızın yumşalması və təbii parlaqlığına qovuşması üçün  müxtəlif yağlardan istifadə edə bilərsiniz. Təbii saç yağlarının saçlarınızı yumşaltmaqla yanaşı bir neçə özəllikləri vardır. Arqan yağı saçlarınızın strukturunu bərpa edərkən zeytun yağı kəpəyin qarşını almağa kömək edir. Badam vəgicitkən yağları isə saçların sürətlə uzanmasını  təmin edir.
 
3.Saçlar istiyə qarşı çox həssasdırlar. Fen istifadə edərkən saçlara qarşı son dərəcə ehtiyatlı olmaq lazımdır. Saçları şəkilləndirərkən feni saçlardan 10-15 sm uzaq tutmaq lazımdır. Saçlarınızı qurulayarkən isə çalışın qətiyyən fendən istifadə etməyin. Qış aylarında məcburən fen istifadə edərkən feni saçlardan 15-30 sm  məsafədə tutmaq lazımdır.
 
4.Sağlam saçlara sahib olmağın əsas şərtlərindən biri də sağlam qidalanmaqdır. Tərkibində dəmirvə proteinlər olan qida məhsulları qəbul etməyiniz məsləhətdir. Bu saçlarınızın tökulməsinin və dırnaqlarınızın qırılmasının qarşısını alır.

5.Darağınızı düzgün seçin! Saçları mütəmadi olaraq daramaq baş dərisinə masaj effekti verir. Lakinsintetik və ucları toplu olan daraqlardan uzaq durun. Toplu ucluqlar saçlarınızın dolaşmasına və qırılmasına səbəb olur. Taxtadan və ya təbii tüklərdən hazırlanmış daraqlarla sağlam və güclü saçlara bir addım daha yaxınlaşmış olursunuz.
 
Unutmayın, sağlam saç dərisi sağlam saçlar deməkdir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri