Sən saçlarını sevsən də, onlar hər zaman eyni şəkildə, məhəbbətlə cavab vermir. Mövsümlə əlaqədar baş qaldıran problemlərlə mübarizə üçün bir neçə məsləhət hazırlamışıq. Bundan i sonra saçların əmrlərinə tabe olacaq.
Ashley Buford
Çoxlarımız günəş şüasının, xlorlu və duzlu suyun, nəmişliyin təsirini nəzərə alaraq, yay mövsümünün tellərimiz üçün ən zərərli mövsüm olduğunu düşünürük. Lakin qış öz qüsurları ilə bu sırada hökm sürür, məsələn, cansız, qırılan və elektrikləşən saçlar kimi. Biz isə bütün çətinliklərin çarəsini tapdıq.
Baş dərisinin qabıq verməsini və quruluğunu necə aradan qaldıra bilərəm?
Havaların dəyişməsi başın dərisinin soyulmağına səbəb ola bilər”, – trixoloq Lisa Akbari izalı deyir. "Qışda havanın rütubətliliyi azalır, bu da öz növbəsində baş dərisini quruda bilər”. Bu soyulma daimi xarakter daşıyırsa və digər simptomlarla birlikdə müşahidə olunursa (aşağıda bax), bu, kəpək ola bilər. Bu vəziyyətin öhdəsindən gəlmək üçün şampununu dəyişə bilərsən. Akbarinin sözlərinə görə, onların çoxunun tərkibində sink və kükürd var. Onlar antibakterial təsir göstərərək, bir neçə həftə ərzində bərpaedici follikulları azad edir və qabıqları aradan qaldırır.
Saçların birdən-birə zəifləyir. "Kəpək hissəcikləri yağı saçın dibindəcə bloklayır və saçın əvvəlki elastikliyi itir”, – trixoloq Philip Kingsley belə deyir.
Üzünün dərisi həddən artıq qurudur: "Əgər əvvəllər yağlı olan hissələrdə, məsələn, T-zonasında indi dartınma hiss edirsənsə, deməli, başının dərisi də eyni dərəcədə təravətini itirib və kəpəklənməyə başlaya bilər”, – Akbari vurğulayır.
Bədəninin bəzi hissələrində qızartı və nahamarlıq müşahidə edirsən. "Qollarının və ya ayaqlarının arxa tərəfində şişlər varsa, ola bilsin, dərin reaksiya verir və nəticədə kəpək problemi ilə üzləşə bilərsən”, – Akbari deyir.
Bütün qış boyunca zəhlətökən elektrikləşmədən əziyyət çəkirəm. Bunun öhdəsindən necə gəlim?
Elektrikləşmə saçların quru havadan elektrik cərəyan götürəndə yaranır. Bunu Kingsley deyir. "Bu, adətən, daha soyuq aylarda olur, çünki bu zaman hava, demək olar ki, tam nəmişliyini itirir”, – deyə o qeyd edir. Bu problemlə mübarizə aparmaq məqsədilə sənin saç tipinə uyğun olan daha nəmləndirici şampun və kondisionerdən, sonra isə turmalin və ionlu fendən istifadə et. NYC saç stilisti Orlando Pita deyir ki, onlar adi fenlər kimi saçları qurutmur. Elektrikləşmə hələ də davam edirsə, məhz sənin saçına uyğun olan məsləhəti seç və ondan yararlan.
Nazik/Düz Saçlar
Yağlılığı artırmamaq üçün antifriz yalnız saçların ucuna sürt. Gün ərzində saç düzümünü düzəltmək üçün absorbentdən istifadə et.
Orta Uzunluqda Dalğalı Saçlar
Saçların qalındır, nəmişliyi saçında saxlamaq, elektrikləşməni aradan qaldırmaq üçün sprey-kondisionerdən bolluca istrfadə et.
Sıx/Qıvrım Saçlar
Qıvrım saçlarda elektrikləşməni aradan qaldırmaqçün uzunmüddətli və bütün gecə saçlarda saxlanılan vasitəyə ehtiyac var. Alkoqol tərkibli gellərdən istifadə etmək məsləhət deyil.
Nəm saçlara gel vurmağı xoşlayıram, lakin qışda soyuq havaya çıxanda onlar sanki çatlayır. Bunun qarşısını almaq üçün nə etmək olar?
Çalış, geli nəm saçlara vurmayasan. Çünki hətta xırda nəmişlik belə saçların codlaşmasına gətirib çıxarır”, – Los Anceles məşhurlarının saç ustası Mara Roszak belə məsləhət görür. "Saçlarını dəsmalla yaxşıca qurula, sonra isə başını aşağı çevir və diffuzorla qurut. Bunun üçün cəmi beş dəqiqə tələb olunur. Beləcə saçlarını donmaqdan və kövrəkləşməkdən qoruyabilərsən”. Aşağıdakı vasitələrdən biri ilə buruqlarını bərkit.
Gözəllik hərarəti: Buruq Proqnozu
İdeal buruqlar əldə etmək üçün, vasitəni seçməmiş havanı yoxla.
Papağımı çıxaranda saçlarım yapıxır. Bunun qarşısını almaq üçün nə etmək olar?
"Papağı geyinməmişdən öncə saçlarına həcm ver”, – Roszak deyir. "Papaq istini saxlayır və saçlarının formasını olduğu kimi qoruyur. Papaq saçlarını yatırırsa, onlar elə bu vəziyyətdə də qalır”. Lakin onları dibindən qaldırsan, həcmi papağa qapatmış olarsan”, — deyə o izah edir. Uzunluğundan asılı olaraq, bunları edə bilərsən.
Saçlarımın alt hissəsində dolaşıqlıqların qarşısını necə alım?
Qışda geyindiyimiz qalın parçadan olan geyimlər saçımızı yayda istifadə olunan yüngül parçalardan daha çox dolaşdırır. Roszak deyir: "Palto, sviter və şərfləri geyinib-soyunarkən yaranan sürtünmə elektrikləşmə və quruluq ilə nəticələnir. Yuxanda yığılan klassik quyruq saçlarını paltarından qoruyacaq. Lakin saçların qısadırsa və ya onları açıq saxlayırsansa, aşağı hissədəki saçların dolaşmaması üçün başmı aşağı çevir və nəmləndirici vasitə vur. Hər hansı çətin düyünü açmaq üçün iridişli daraqdan istifadə et”, – deyə, o məsləhət görür. Hələ də düyünlərdən əziyyət çəkirsən? Daha incə parçalara üstünlük ver…
Saçları "Sevən” Parçalar
Saçları "Sevməyən” Parçalar
Saçlarım həddindən artıq cansız görünür. Onlara parıltını necə qaytarım?
"Quru və küləkli hava təbii parlaqlığı yox edərək epidermisi kobudlaşdıra bilər”, – məşhurların saç ustası Gretta Monahan deyir. "Üstəlik, sən fen və ya saç üçün ütüdən istifadə edirsənsə və saçlarını boyayırsansa, bunlar saçlarına ağır zərbə vura bilər”. Gündəlik həyat tərzini dəyişməyə ehtiyac yoxdur, sadəcə, aşağıda verilən tövsiyələrdən faydalan.
Saçlarına nə qədər zərbə vursan da, parlaqlığın təmin etmək üçün bir az qayğı göstər
Saçqırandan əziyyət çəkirəm, saçlarım qırılır və ucu bölünür. Nə edə bilərəm?
"Nəmləndir, nəmləndir, nəmləndir”, – Monahan deyir. "Saçların quru ucları bölünür və qırılır, lakin nəmiəndiricidən istifadə etməklə və hər 6-8 həftədən bir uclarını kəsdirməklə bunun qarşısını almaq olar”, – deyə o məsləhət görür. "Həmçinin, qəbul etdiyin qidalar da saçlarının gücünün qorunmasında böyük rol oynayır”, – Kingsley deyir. Gündə iki dəfə tellərini möhkəmləndirən proteinlər qəbul et; məsələn, səhər yeməyinə omlet, gün ərzində bir ovuc badam, nahar və ya şam yeməyində ispanaq.
Saçlarını nəmləndirmək üçün əlindən gələni etməyinə baxmayaraq, qırılma hələ də davam edirsə, NYC saç ustası Jim Crawford ev şəraitində hazırlanan, intensiv, dərin təsirli vasitəni sınaqdan keçirməyi məsləhət görür. O öz sadə üsulunu səninlə bölüşür:
Redakte etdi: Pretty girl