Qısa saçlarınızı tez uzatmaq istiyirsiz?!

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 3 356
Səs ver:
(səs: 0)
Saçı qısa olanlar üçün, sürətli və sağlam bir şəkildə saç uzatma məlumatları vermək istədim.Saçınızı sağlam bir şəkildə uzatmaq istəyirsinizsə bu məlumatların sizə faydalı olacağını düşünürəm.Ən qısa müddətdə saç uzatmaq üçün təbii saç baxım tətbiqlərini bilmənizdə fayda var. Herbalistlərin bizlər üçün hazırladığı bu məlumatlar, saçlarımızın qısa müddətdə uzanmasını və sağlam olmasını təmin edir.
Parlaq, uzun və baxımlı saçlar üçün, saçınızı həftədə ən az 1 dəfə bu təbii üsullarla bəsləməniz lazımdır. Təbii və təsirli saç baxım məlumatları:
Zeytunyağı olmadan bir saç baxımı düşünülə bilməz..

3 yemək qaşığı zeytunyağı və 1 çay qaşığı bibəriyə yağını (rozmarin,apteklərdə satılır) qarışdırıb saç diblərinə və uclarına sürtün. Geniş dişli fırça köməyiylə darayıb hər nöqtəyə nüfuz etməsini təmin edin. Yarım saat gözləyib şampunlayın və durulayın.
Saç kəpəklərini bal ilə yox edəcəksiniz.

Saç dərinizdəki kəpək problemini həll etmək üçün yarım stəkan ilıq suyun içinə 1 yemək qaşığı bal əlavə edib qarışdırın. Barmaq uclarınızla saç diblərinə masaj edərək yedirin.Saç növünüzə uyğun şampunla yuyub durulayın.
Alma Sirkəsi saçınızı bəsləyər və uzadar.

Saç dərinizdə qaşıntı problemi yaşayırsınızsa; 2 stəkan ilıq suyla yarım stəkan alma sirkəsini qarışdırın.Qarışığı saç dərinizə sürtüb 1 saat gözləyin. İlıq suyla durulayıb qurulayın.
Yumurta saçı bəsləyər, gücləndirər, qoruyar və uzadar.

3 ədəd yumurta sarısı, 1 yemək qaşığı bibəriyə (rozmarin) və 4 yemək qaşığı gül suyunu qarışdırın. Saç diblərinə masaj edərək yedirin. 1 saat gözləyib ilıq suyla durulayın. Cəfəri suyu saçı parladar... Saçlarınıza parlaqlıq qazandırmaq üçün 1 dəstə cəfərini qaynar suyun içində 15 dəqiqə dəmləyin. Müddətin sonunda süzüb əldə etdiyiniz suyu saçlarınıza tətbiq edin. 5 dəqiqə gözləyib ilıq suyla durulayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri