9 addımda parlaq saçlara sahib olmaq

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5933
Səs ver:
(səs: 0)

 

Saçlarınızın işıldamasını, parlamasını istəyirsinizsə, ona diqqət göstərməlisiniz. 9 praktik üsulla saçlarınız gün işığı kimi parlayacaq.
1. Təbiilikdən yana olun. Plastik fırçanızı atıb, yerinə təbii tüklərdən edilmiş bir fırça alın. Bunlar saçlarınızı daradığınızda  yağları bərabər olaraq

paylayar və parlaqlıq qazandırar.

 

2. Spirtli məhsullara diqqət! Spirt, hava çirkliliyi və rütubət saçlara təbii parlaqlıqlarını itirdirər. Saç köpüklərinin çoxu spirt ehtiva edər. Bu səbəblə əgər saçlarınız qurudursa köpük yerinə krem istifadə edin.

3. Doğru şəkildə yuyun. Saçları həftədə bir neçə dəfə yumaq kifayətdir. Amma saçlarınızı hər gün yuyursızsa  kremi əvvəl istifadə edin, sonra saçları durulamadan yalnız saç diblərini şampunlayın. Sonra durulanın.

4. Soyuq su yaxşıdır. Saçları soyuq suyla yuduğunuzda üst dəri bağlanar və yumşaq, parlaq bir səth əldə edərsiniz. Saçlarınızı qurutduqdan sonra soyuq hava verməniz də buna bənzər bir təsir edər.

5. Buruqlaşmasını önləyin. Saçlar məsaməlidir və məsamələr havadakı nəmi əmər ; bu da nəmli havalarda saçların istənməyən şəkildə buruqlaşmasına səbəb olar. Saçınızın gün ortasında buruqlaşmasını önləmək istəyirsinizsə, evdən saçlarınızı tamamilə qurutmadan çıxmayın.

6. Silikon istifadə edin. Silikonlu məhsullar saç dərisinin təpəsində qalar və dərini xarici faktorlara və şəkil verən alətlərə qarşı qoruyar; sürtünməyi və istidən zərər görmə ehtimalını azaldar. Lakin bu məhsulları çox istifadə etsəniz saçınız təpənizə yapışar ya da yağlanılmış kimi görünər.

7. Çox qadın istinin saçları qurutduğunu düşünər. Lakin istilik doğru şəkildə istifadə edildiyində saça parlaqlıq verər.Salona  gedə bilməsinizsə də ayda bir dəfə saçınıza maska ya da isti yağ baxımı tətbiq edin. Məhsulu saçınıza çəkdikdən  sonra, saçınızı çox isti bir dəsmalla sarın.


8. Eyər saçlarınız təbii olaraq dalğalıdırsa, hər altı və ya səkkiz həftədə bir uclarından bir az kəssənizd fayda var. Ayrıca hər vaxt nəmləndirici ehtiva edən bir şampun və krem istifadə edin.

9. Buruq saçlar eyni istiqamətdə olduqları zaman daha parlaq dayanar. Buna görə böyük, yumşaq və düz dalğalar kiçik buruqlardan daha çox işıq əks etdirər. Dalğaları qurutduqdan sonra maşaya dolayıb bir neçə saniyə gözlətsəniz, saçlarınız qalıcı bir şəkildə dalğalı dayanacaq və daha parlaq

görünəcək.

 

Tərcümə etdi və hazırladı: PURE LOVE

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri